DəmirBank-da vakansiya - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

DəmirBank-da vakansiya

“DəmirBank” ASC Satışa dəstək üzrə mütəxəssis vəzifəsinə işəqəbul elan edir.

26 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən peşəkar əməkdaşlarımızla ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

• Potensial şirkətlərlə görüşlər keçirmək, onlarla əməkdaşlıq müqavilələri bağlamaq;
• Kart satışlarını həyata keçirmək və müştəriləri əməkdaşlığa cəlb etmək;
• POS terminal satışlarını həyata keçirmək və əməkdaşlığa cəlb etmək;
• Bonus və endirimlərlə bağlı razılıq əldə edərək əməkdaşlıq müqavilələri bağlamaq;
• Müxtəlif şirkətlərdə, keçirilən aksiya və kampaniyalarda Bankı təmsil etmək;
• Potensial müştərilərin müəyyən olunmasında iştirak etmək.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Satış sahəsində ən azı 1 illik təcrübəyə malik olmalı;
• Sərbəst danışıq və münasibət qurmaq bacarıqlarına sahib olmalı;
• İnandırma bacarığı olmalı;
• Azərbaycan və Rus dillərini mükəmməl səviyyədə bilməli (ingilis dilini bilənlərə üstünlük verilir);
• Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
• Məlumatlandırma, müştəri xidmətlərinin tənzimlənməsi, detallara diqqət, peşəkarlıq və təzyiq altında işləmək bacarığına sahib olmalı;
• Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 may 2016-cı il tarixinədək hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Satışa dəstək üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top