
Çin yükləri Azərbaycan vasitəsilə Baltikyanı ölkələrə göndərəcək (ƏLAVƏ OLUNUB)
ECONOMİC.AZ: Bu il iyulun sonu, avqustun əvvəlində Azərbaycandan keçməklə Çindən Gürcüstanın Poti limanına iki yük qatarı göndəriləcək. Həmin qatarlar “Vikinq” layihəsinin reallaşdırılmasının hissəsi olacaq.
Tunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, iyulun sonu, avqustun əvvəlində iki qatar Çindən Qazaxıstanın Dostık stansiyasına göndəriləcək: “Buradan Transxəzər marşrutu üzrə, yəni dəniz və Azərbaycan ərazisi vasitəsilə qatarlar Gürcüstanın Poti limanına gedəcək. Burada yüklər təyinatı üzrə bölüşdürüləcək. Onların bir hissəsi “Vikinq” marşrutu çərçivəsində Baltikyanı ölkələrə göndəriləcək”.
BƏNZƏR MƏQALƏLƏR
-
Heydər Əliyev prospektində YENİLİK – VİDEO
Bakı Nəqliyyat Agentliyinin təklifinə uyğun olaraq Heydər Əliyev prospekti əsas yolun “Bağırov” körpüsü kimi tanınan […]
-
“Fərqlənmə nişanı”nın verilməsi proseduru sadələşdirildi
Avtomobil nəqliyyatı ilə daşımalara dair prosedur qaydalarının təkmilləşdirilməsi məqsədilə fərqlənmə nişanlarının verilməsi ilə bağlı müvafiq […]
-
Hava Limanı – “28 May” ekspress marşrut xətti üzrə sərnişindaşımalar bərpa edilir
İyunun 7-dən H1 Hava limanı – “28 May” ekspress marşrut xətti üzrə sərnişindaşımaları bərpa ediləcək. […]