
CASPİAN AGRO-2016 SƏRGİSİNDƏ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ FERMERLƏRƏ ELEKTRON XİDMƏTLƏR GÖSTƏRƏCƏK
Mayın 19-dan 21-dək Bakı Ekspo Mərkəzdə keçiriləcək Caspian Agro-2016 Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisində Kənd Təsərrüfatı Nazirliyi bir sıra yenilikləri ilə yanaşı, sərgi iştirakçılarına elektron kənd təsərrüfatı xidmətlərindən istifadə qaydalarını da nümayiş etdirəcək. Nazirliyin müvafiq informasiya sistemləri və elektron xidmətləri – Subsidiya və siyasətə dair informasiya sistemi, Aqrolizinq informasiya sistemi, kənd təsərrüfatı texnikalarının və sürücülük vəsiqələrinin qeydiyyatı sistemləri sərgi müddətində fermerlərə xidmət göstərəcək.
Kənd təsərrüfatı ilə məşğul olan şəxslər fermerlərin reyestrində qeydiyyatdan keçmək, kənd təsərrüfatı texnikasının, cins heyvanların, subsidiyaların alınması üçün onlayn xidmətlər, kənd təsərrüfatı texnikalarının qeydiyyatı, sürücülük vəsiqəsinin alınması və dəyişdirilməsi xidmətlərindən istifadə edə biləcəklər.
Nazirliyin stendində kənd təsərrüfatlı təyinatlı torpaqların coğrafi məlumatlar bazası əsasında hər bir rayon üzrə torpaqların təyinatına və məqsədli istifadə növünə görə bölgüsü üzrə rəqəmsal xəritə vizualizasiyası, torpaqlar üzrə statistik məlumatlar, yeni ortofotoxəritələrin yaradılması layihəsi haqqında təqdimatlar və ətraflı məlumatlar bütün sərgi iştirakçılarına nümayiş etdiriləcək.
BƏNZƏR MƏQALƏLƏR
-
Özəl şirkətlər “Aqrokadr.az” portalı ilə əməkdaşlığı genişləndirir
Aqrokadr.az portalında özəl müəssisələrə aid 20-dən çox vakansiya dərc edilib. Aqrokadr.az portalı vasitəsilə dövlət və […]
-
Rusiya ilə Azərbaycan arasında taxıl və gübrə tədarükü ilə bağlı qarşılıqlı anlaşma var
Rusiyanın Bakıdakı səfiri bildirib ki, Rusiya Azərbaycana taxıl tədarükünü davam etdirəcək. Bu məsələ ilə bağlı […]
-
Çəltik tədqiqatı sahəsində Pakistanla əməkdaşlıq müzakirə edilib
Çəltikçilin inkişafı ilə bağlı Dövlət Toxum Fondu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Pakistan Kənd Təsərrüfatı Tədqiqatları […]