
Bu il layihə maliyyələşəcək
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıt şəhərində həyata keçirdiyi Karbamid Zavodunun inşası layihəsinin maliyyələşdirilməsinə dövlət zəmanətli, uzunmüddətli kreditin cəlb edilməsi üçün Koreya “Eximbank”ı danışıqlar aprelin sonu-mayın əvvəlində başlamalıdır.
Bunu Karbamid Zavodunun direktoru Xəyal Cəfərov bildirib.
X.Cəfərov qeyd edib ki, yaxın iki həftə ərzində Koreya “Eximbank”ının nümayəndələrinin Azərbaycana səfəri gözlənilir.
“Bundan sonra danışıqlara başlamağı planlaşdırırıq. Rəsmi dövlət zəmanətinin alınması üçün də müraciət olunub. Prosesin 3-4 ay davam etməsi nəzərdə tutulur və təxminən bu ilin ortalarına layihənin maliyyələşməsini tamamlamaq üçün dövlət zəmanəti və vəsait əldə olunacaq”, – deyə müəssisə rəhbəri əlavə edib.
BƏNZƏR MƏQALƏLƏR
-
Alman şirkətlərinin sənaye zonalarına investisiya yatırması imkanları müzakirə edilib
Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horleman və Səfirliyin əməkdaşları ilə Sumqayıt Kimya Sənaye […]
-
Ağdam Sənaye Parkının rezidentləri tikinti işlərinə başlayıb
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidentləri tikinti işlərinə başlayıb. Sənaye […]
-
İstehlaka yararsız qida məhsulları məhv edilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, eləcə də qida zəncirinin bütünlüklə qida təhlükəsizliyinin […]