
Bu il 107 «novostroyka»ya qaz verilib
“Azəriqaz” İstehsalat Birliyi (İB) bu il 100-dən artıq binaya qaz verib. SOCAR-dan verilən məlumata görə, «Azəriqaz» İB yanvar-mart aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 107 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Həmin binalarda ümumilikdə 3 min 191 ailə yaşayır. Məlumatda bildirilir ki, “Azəriqaz” İB zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.
BƏNZƏR MƏQALƏLƏR
-
Kirayə mexanizmi ilə satılan mənzillərin siyahısı genişləndirilib
İpoteka və Kredit Zəmanət Fondunun (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif edilən […]
-
Bakıda mənzillər BAHALAŞIB
İyunda daşınmaz əmlak bazarında may ayı ilə müqayisədə 1.63%, ilin əvvəli ilə müqayisədə isə 2.6% […]
-
2 və 9 avqust tarixlərində özəlləşdirmə hərracları keçiriləcək
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2 və 9 avqust tarixlərində özəlləşdirmə hərracları […]