
BU gün bir sıra rayonlarda qaz olmayacaq
Siyəzən, Ağdam və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Economic.az SOCAR-ın saytına istinadən məlumat verir ki, aprelin 27-də saat 10:00-dan 17:00-dək “Qaz İxrac” İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Altıağac”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Tərtər”, Qazax magistral qaz kəmərləri sahəsinin “Gəncə” və “Hacıməlik” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində Xızı rayonunun Altıağac, həmçinin Bərdə rayonunun Yeni Daşkənd və Zümürxan kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Tərtər və Göygöl rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
BƏNZƏR MƏQALƏLƏR
-
Payızlıq əkinlərin EKTİS-də bəyan edilməsi prosesi yekun mərhələyə qədəm qoyub
Fermerlər öz payızlıq əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməkdə davam edirlər. Əkinlərin bəyanı […]
-
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Şamaxıda fermer təsərrüfatına dəstək göstərilib
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda […]
-
Quba-Qonaqkənd avtomobil yolu – VİDEO
Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin Sərəncamına əsasən, 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini […]