
Bu banklar “Asan İmza” texnologiyasından istifadə edirlər
Cari ilin 26 aprel tarixində Azərbaycan Mərkəzi Bankı ölkədə nağdsız hesablaşmaların həcminin artırılması və müasir bank texnologiyalarından istifadənin genişləndirilməsi istiqamətində bankların fəaliyyətinin qiymətləndirilməsi məqsədilə 2015-ci il üzrə keçirdiyi müsabiqənin nəticələrini açıqlayıb. Nəticələrə əsasən, elektron bank xidmətləri və elektron ticarətlə bağlı elan edilmiş kateqoriyalar üzrə aşağıdakı banklar qalib elan edilib:
- “Nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə:
1-ci yer – “Bank of Baku” ASC
2-ci yer – “Bank Silk Way” ASC
3-cü yer – “Bank Respublika” ASC
- “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyası üzrə:
1-ci yer – “Bank Respublika” ASC
2-ci yer – “Bank of Baku” ASC
3-cü yer – “Turanbank” ASC
- “Elektron ticarətin inkişafında lider bank” nominasiyası üzrə:
1-ci yer – “Azərbaycan Beynəlxalq Bankı” ASC
2-ci yer – “Bank Respublika” ASC
3-cü yer – “Unibank” ASC
Qeyd etmək lazımdır ki, yuxarıda göstərilmiş 9 qalib mövqenin 6-da qərarlamış banklar onlayn bankçılıq sistemlərində “Asan İmza” mobil identifikasiya və imzalama texnologiyasından istifadə edir. Bu texnologiya banklara maksimum təhlükəsiz və rahat şəraitdə müştərilərə elektron bankçılıq xidmətlərini təqdim etməyə imkan verir və beləliklə də, bankların analoji qiymətləndirmə müsabiqələri zamanı yüksək mövqelərə çıxmasına şərait yaradır.
Hazırda “Asan İmza” sadəcə mobil telefon vasitəsilə tələb olunan bütün əməliyyatları elektron qaydada həyata keçirməyə və sənədləri hüquqi baxımdan qanuni olan elektron imza ilə imzalamağa imkan verən yeganə mobil imza xidmətidir. “Asan İmza” xidməti elektron mühitdə fərdi məlumatların və əməliyyatların tam təhlükəsizliyini və toxunulmazlığını təmin edir, bu isə “Asan İmza” texnologiyasının öz növbəsində elektron mühitdə şəxsiyyətin təyin edilməsi məqsədilə istifadə olunan digər ənənəvi alətlərlə müqayisədə ən mühüm üstünlüyüdür. Hazırda ölkədə fəaliyyət göstərən 10-a yaxın bank elektron bankçılıq sistemlərində “Asan İmza” mobil elektron imza alətindən istifadə edir və həmin bankların müştəriləri hesabların açılması, kredit sifarişi, valyuta mübadiləsi və köçürülməsi, hesablara dair məlumatın əldə edilməsi və s. kimi xidmətlərdən günün istənilən vaxtında sadəcə mobil telefonun köməyilə yararlana bilər. Bir sözlə, demək mümkündür ki, bütün zəruri bank xidmətləri “Asan İmza” istifadəçisinin mobil telefonundadır və fasiləsiz olaraq istifadəyə açıqdır.
“Asan İmza” kimi innovativ IT həllərinin geniş tətbiqi bundan sonra da ölkədə elektron bankçılığın və e-ticarətin inkişafına xidmət edəcəkdir.
marja.az
BƏNZƏR MƏQALƏLƏR
-
Bu tarixdə “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə! Novruz bayramı ilə əlaqədar 20-26 […]
-
“YAŞAT” Fondunun dəvəti ilə Türkiyə fondlarının rəhbərləri ölkəmizə gəliblər
Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondların rəhbərlərindən ibarət nümayəndə heyəti “YAŞAT” Fondunun dəvəti ilə […]
-
“Rəqəmsal icra hakimiyyəti” layihəsi çərçivəsində rayonlarda maarifləndirmə işləri başlayıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı […]