
Bu avtomobil yollarında hərəkət məhdudlaşdırılır
Bu gün Bakının əsas yol və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılır və bu, paytaxtın həmin hissələrində sıxlığın yaranmasına səbəb olub. “Report”un Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) əldə etdiyi məlumata görə, hərəkətli yolların qismən bağlanması Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ilə əlaqədar həyata keçirilir.
Məlumata görə, hazırda Heydər Əliyev prospekti (kənar yol), Babək prospekti, Təbriz küçəsi, habelə Zərifə Əliyeva küçəsi (intensiv hərəkət), A.Bakıxanov küçəsi, Afiyəddin Cəlilov küçəsi və Bakı-Sumqayıt şosesində (paytaxta doğru) avtomobillərin hərəkəti hissə-hissə məhdudlaşdırılır.
BƏNZƏR MƏQALƏLƏR
-
Heydər Əliyev prospektində YENİLİK – VİDEO
Bakı Nəqliyyat Agentliyinin təklifinə uyğun olaraq Heydər Əliyev prospekti əsas yolun “Bağırov” körpüsü kimi tanınan […]
-
“Fərqlənmə nişanı”nın verilməsi proseduru sadələşdirildi
Avtomobil nəqliyyatı ilə daşımalara dair prosedur qaydalarının təkmilləşdirilməsi məqsədilə fərqlənmə nişanlarının verilməsi ilə bağlı müvafiq […]
-
Hava Limanı – “28 May” ekspress marşrut xətti üzrə sərnişindaşımalar bərpa edilir
İyunun 7-dən H1 Hava limanı – “28 May” ekspress marşrut xətti üzrə sərnişindaşımaları bərpa ediləcək. […]