
BRUSELYOZ XƏSTƏLİYİNİN ÖLKƏ ÜZRƏ SƏVİYYƏSİ EHTİYATLI OLMAĞI TƏLƏB EDİR
Economic-in məlumatına görə, Heyvanlar arasında brusellyoz xəstəliyin yoluxma səviyyəsini yoxlamaq üçün 92 min iri və xırdabuynuzlu heyvandan qan nümunəsi götürülüb. Təsadüfi seçim üsulu ilə aparılan bu yoxlamalar xəstəliyin yayılma səviyəsini (rayonlar, kəndlər, qışlaqlar , heyvan növləri və yaş qrupları üzrə ) təyin edib. Toplanan bütün məlumatlar xususi elektron məlumat bazasına yüklənmişdi. Qan nümunələrinin serumları 5 il müddətində mənfi 20 C temperaturda saxlanılaçaq, bu da Dövlət Baytarlıq Xidmətinə bu və diqər xəstəlikləri təhlil etməya imkan yaradaçaq. Brusellyoza qarşı kütləvi peyvəndləmədən 4 il sonra yenidən gan nümunələri toplanılaçak və nətiçələr müqayisə ediləcək. Bu, aparılmış mübarizənin nə dərəcədə effektiv olduğunu söyləməyə əsas verəcək.
Brusellyoza qarşı kütləvi peyvəndləmə yaxın vaxtlarda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlığa Nəzarət Xidməti tərəfindən başlanacaq.
Brusellyoza qarşı yoluxma riski heyvan sahibləri və heyvandarlıq məsullarının istifadəçilərində olduğundan, xəstəlik səviyyəsini müəyyənləşdirmək üçün təsadüfi seçim ilə onlardan da qan nümunələri götürülməsi nəzərdə tutulub.
Azərbayçanda brusellyoz xəstəliyinə qarşı yeni mübarizə proqramı Kənd Təsərrüfatı Nazirliyin Dünya Bankı ilə birgə layihəsi çərçivəsində aparılır. Mübarizənin məqsədi insan üçün uzun müalicə dövrü və ağır fəsadları olan brusellyoz xəstəliyini Azərbaycanda ləğv etməkdir.
BƏNZƏR MƏQALƏLƏR
-
“Aqro-Mən” müsabiqəsinin qalibləri məlum olub
“Aqro-Mən” müsabiqəsinin qalibləri məlum olub Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), Kiçik və Orta Biznesin […]
-
Aqrar Məşğulluğun Artırılması Layihəsi çərçivəsində panel görüş keçirilib
Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində panel görüş keçirilib. Görüşdə müxtəlif dövlət qurumlarının rəhbər şəxsləri […]
-
Taxıl istehsalçıları ilə görüş keçirilib
Taxıl istehsalçıları ilə ərzaqlıq buğda istehsalının stimullaşdırılmasına həsr olunmuş görüş keçirilib Bakı Biznes Mərkəzində “Ərzaqlıq […]