
Bitkoinin qiyməti 50 min dolları keçib
Dünyanın aparıcı kriptovalyutası – bitkoinin qiyməti mayın 15-dən bu yana ilk dəfə 50 min ABŞ dollarını keçib.
Kriptovalyuta son 24 saat ərzində 2,43 %, son 7 gün ərzində isə 5,8 % bahalaşıb 50 297 dollara çatıb. Nəticədə onun kapitallaşması 946,7 milyard dolları keçib.
Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 3,09 % artaraq 3 331 ABŞ dolları olub. İlk onluqda qərarlaşan altkoinlərdən ən böyük artım isə “Cardano”da olub.
Kriptovalyuta bazarının toplam dəyəri isə 2,157 trilyon ABŞ dollara çatıb.
“СoinМarketСap”in Bakı vaxtı ilə saat 9:50-yə olan məlumatları aşağıdakı kimidir. report.az
BƏNZƏR MƏQALƏLƏR
-
Pul bazası artıb
2022-ci il avqustun 1-nə olan vəziyyətə görə Azərbaycanda pul bazası 16,12 milyard manat təşkil edib. […]
-
Bitkoin bahalaşdı
Gözləntilərə uyğun olaraq, dünən axşam saatlarında ABŞ-ın Federal Ehtiyatlar Sistemi faiz dərəcələrini 0,75 faiz bəndi […]
-
FED uçot dərəcəsini 0,75 faiz artırıb
ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,75 faiz artırıb. Bu barədə FED rəsmi məlumat […]