Barama tədarükü – 7 ton məhsul gözlənilir
Bu il ilk dəfə Zərdab rayonunda yüksək göstərici ilə barama istehsal edilib.
Hazırda rayon üzrə 4 min 261 kiloqram hazır məhsul yığılaraq təhvil verilib. Ümumiyyətlə, rayonda 7 tondan çox barama istehsal edilməsi gözlənilir. Sakinlərin sözlərinə görə, təxminən 20 il olar ki, baramaçılıqla məşğul olunmurdu. O illərdə qiymətinin düşməsi, məhsulun alınmaması bu sahəyə marağı azaldıb. Artıq bu ildən dövlət tərəfindən bu işə diqqətin artırılması sakinlərdə bu sahəyə marağı yenidən artırıb. Rayonun Nəzəralı, Şıxbağı və Bıçaqçı kəndlərində yaşayan fermerlər götürdükləri ipək qurdu toxumundan yüksək məhsuldarlıq əldə etdiklərini və növbəti ildə bu sahəni daha da genişləndirməyi planlaşdırırlar.
Atv.az
BƏNZƏR MƏQALƏLƏR
-
Payızlıq əkinlərin EKTİS-də bəyan edilməsi prosesi yekun mərhələyə qədəm qoyub
Fermerlər öz payızlıq əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməkdə davam edirlər. Əkinlərin bəyanı […]
-
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Şamaxıda fermer təsərrüfatına dəstək göstərilib
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda […]
-
Quba-Qonaqkənd avtomobil yolu – VİDEO
Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin Sərəncamına əsasən, 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini […]