MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bank “BTB”-də yeni vakansiya

Vakansiya haqqında məlumat:

Bank “BTB” ASC İT departamentinin Proqramlaşdırma şöbəsinin Aparıcı Mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

İş barədə məlumat:

  • Tədbiqi proqramların fasiləsiz, problemsiz işləməsi üçün onlara hər zaman və təcili xidmət göstərir.
  • Bankdaxili proseslərin və hesabatların maksimum avtomatlaşdırılması işini həyata keçirir.
  • Proqram təminatı hazırlanarkən məlumat təhlükəsizliyi prinsiplərinin qorunmasını təmin edir.
  • Tədbiqi proqramlar  üzrə bankdaxili treyninqlər keçirir.
  • Şöbə rəhbərinin tapşırıqlarına əsasən proqram təminatının və proqram modullarının tərtibatı ilə məşğul olur.
  • Proqram təminatının təkmilləşdirilməsi və daim yenilənməsi işini həyata keçirir.
  • Məlumat mübadiləsi və hesabatların maksimum dərəcədə avtomatlaşdırılmış şəkildə həyata keçirilməsi işini görür.
  • Şöbə rəhbəri tərəfindən verilmiş tapşırıqları yerinə yetirir.

 Namizədə tələblər:

  •  Ali təhsil.
  •  Visual studio 2010 C#, pl-sql, asp.net, oracle forms-da iş bacarığı.
  • Proqramlaşdırılma sahəsində 3 ildən artıq iş  təcrübəsi.
  •  МS SQL arxitekturasını və sorğu dilini bilmək.
  • Maliyyə və bank sahəsində iş təcrübəsi.
  • Texniki və istifadəçi sənədlərinin yaradılması təcrübəsi.
  •  İngilis və rus dili bilikləri.
  • Analitik təfəkkür, nəticəyə yönümlülük, komandada işləmək bacarığı, məsuliyyət.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 12 May,  2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Proqramlaşdırma şöbəsinin aparıcı mütəxəssisi)  göstərməyiniz xahiş olunur.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top
%d bloggers like this: