Bank BTB-də yeni iş elanı - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bank BTB-də yeni iş elanı

Kiçik və orta biznes kreditləri üzrə mütəxəssis

Bank:
Bank BTB
Vakansiya haqqında məlumat:

Bank “BTB” ASC Kiçik və orta biznes kreditləri üzrə mütəxəssis vəzifəsinə işə qəbul elan edir.

İş barədə məlumat:

  • Bankın kiçik, orta, iri kreditlərini və korporativ məhsullarını təbliğ etmək, banka müştəriləri cəlb etmək və bankı müştəri qarşısında təmsil etmək;
  • Müştəri ilə sorğu keçirmək, müştərinin ərizəsini qəbul etmək, biznes sahəsinə ziyarətlər etmək, müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin təhlilini aparmaq, kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək, kredit sənədlərini kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmləşdirilmək;
  • Kredit portfelini formalaşdırmaq və idarə etmək bacarığı;
  • Filialın kiçik, orta, iri və korporativ kreditləri sahəsində ümumi fəaliyyətinə dair hesabatlar hazırlamaq;
  • Filialda kiçik, orta, iri kreditlər və korporativ məhsullar üzrə işin təkmilləşdirilməsinə dair təkliflər vermək.

Namizədə tələblər:

  • Ali təhsilli olmaq (iqtisadi və riyazi təhsili olanlara üstünlük verilir);
  • Kiçik orta sahibkarlıq kreditləri sahəsində ən azı 1 il iş təcrübəsinə malik olmaq;
  • Azərbaycan dilində səlis danışıq qabiliyyətinə malik olmaq;
  • Analitik təhlil qabiliyyətinə malik olmaq və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
  • Satış qabiliyyətinə malik olmaq;
  • MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olmaq;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 İyun, 2016-cı il tarixinədək cv@btb.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Kiçik və orta biznes kreditləri üzrə mütəxəssis)  göstərməyiniz xahiş olunur.

Son müraciət:
cümə, İyun 17, 2016

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top