
Bakıdan Misirə 360 dollara uçuş
Bu gün Misir Turizm İdarəsi və Misir Otelyerlər Assosiasiyasının rəhbərləri Bakıda səfərdə olub və turizm bazarının cari vəziyyəti haqqında jurnalistlərə məlumat veriblər.
Səfər çərçivəsində rəsmi nümayəndə heyəti ilə yanaşı Misirin 13 aparıcı turoperatorları da yerli turizm şirkətləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurmaq istəyirlər.
Azərbaycanlıların Misirdəki turizm imkanlarından faydalanması baxımından, Misir Turizm Nazirliyi və Misirin turoperatorları hər iki ölkə arasında səmərəli əməkdaşlığı davam etdirmək əzmindədirlər və bu gün Azərbaycanlı turistlərə yeni və yüksək keyfiyyətli cəlbedici turizm paketləri təklif etməyə hazırdılar:
“2011-2013-cü illərdə Misirə səfər edən azərbaycanlıların sayında müəyyən azalmadan sonra Azərbaycan vətəndaşları arasında Misir kurortlarının populyarlığı yanvar və mart ayları yenidən artıb. Belə ki, son iki il ərzində Misiri minlərlə azərbaycanlı ziyarət edib. Dekabr, yanvar və mart ayları səyahət üçün daha populyar aylar heab olunur”.
Qeyd olunub ki, ən yaxın zamanda Bakıdan Misirə birbaşa təyyarə reysinin açılması planlaşdırılır. Uçuş cəmi 4 saat davam edəcək və bir biletin qiyməti orta hesabla 360 ABŞ dolları təşkil edəcək.
“Air Cairo” Hava Yolları şirkətinin kommersiya direktoru Fathy Attia deyib ki, Bakıdan Misirin Şarm-Əl Şeyx şəhərinə nəzərdə tutulmuş aviabiletin qiyməti 350 manatdır və bura gediş və gəliş qiyməti daxildir. Bakıdan adıçəkilən şəhərə uçuşlar cari ilin iyun ayından etibarən müntəzəm təşkil ediləcək.
Biletlərdə konkret uçuş və qayıdış zamanları olacaq. Praktiki olaraq alacağınız bilet 1 il üçün etibarlı olacaq:
`Təbii ki, turpaketin müddətinə uyğun olaraq da gediş və gəliş tarifini özünüz bir il ərzində istədiyiniz kimi müəyyən edə bilərsiz`.
azvision.az
BƏNZƏR MƏQALƏLƏR
-
Rusiya Türkiyəyə gündəlik uçuşların sayını 100-ə çatdırmağı təklif edib
Rusiya Türkiyədən avqustun sonuna qədər uçuş sayını gündə 100-ə çatdırmağı təklif edir. Bildirilir ki, hazırda […]
-
Avropanı anomal istilərin beşinci dalğası bürüyüb
Avropa İttifaqı və Böyük Britaniyanın üçdəikisi şiddətli quraqlıq zonasındadır. İyul və avqust aylarında artıq dörd […]
-
Bakı aeroportunda elektrik təchizatı tam bərpa edilib
Heydər Əliyev Beynəlxalq Aeroportunda elektrik təchizatı tam bərpa edilib. Bu barədə hava limanından bildirilib. Məlumata görə, […]