BAKIDA AZƏRBAYCAN-İRAN BIZNES FORUMU KEÇİRILİB – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

BAKIDA AZƏRBAYCAN-İRAN BIZNES FORUMU KEÇİRILİB

Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən biznes forumda hər iki ölkədən kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyət göstərən 250-dən çox sahibkar iştirak edib.

Biznes forumda çıxış edən nazir Heydər Əsədov Azərbaycan və İran arasında siyasi, iqtisadi humanitar və digər sahələrdə əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, bugünkü biznes forumda 80-dən çox şirkət iştirak edir. Bu da aqrar sahəyə olan marağın göstəricisidir. Hər iki dövlətin qurumları arasında son dövrlərdə 5 sənəd imzalanıb ki, bu da aqrar münasibətlərin inkişafında hüquqi bazanı təmin edib.

“Heyvandarlığın və toxumçuluğun inkişafı, süni mayalanma, ölkələr arasında kadr mübadiləsi, aparılan elmi-tədqiqat işləri ilə bölüşmək sahələrində Azərbaycan və İran bir-birinə dəstək verməyə hazırdır”, – deyə nazir vurğulayıb.

BAKIDA AZƏRBAYCAN-İRAN BIZNES FORUMU KEÇİRILİB

İranın kənd təsərrüfatı naziri Mahmud Höccəti bildirib ki, hər iki ölkənin kənd təsərrüfatı sahəsində əlaqələri inkişaf etdirmək üçün böyük potensial mövcuddur. Ölkələrimiz arasında əlaqələr gündən-günə genişlənir, siyasi əlaqələrimiz yüksək qiymətləndirilir.

“Ötən il 112 milyon tona yaxın kənd təsərrüfatı məhsulu ixrac etmişik. Bu məhsullara quş əti, meyvə-tərəvəz, süd məhsulları, dəniz məhsulları daxildir. Azərbaycandan da bəzi məhsulların idxalında maraqlıyıq. Eyni zamanda, müştərək qaydada məhsul istehsal edib üçüncü ölkələrə ixrac edə bilərik. Ölkələr arasında bu cür səmərəli əməkdaşlıq müsbət nəticələr verəcək”, – deyə M.Höccəti qeyd edib.

Nazir heyvandarlıq sahəsində böyük nailiyyətlər əldə etdiklərini, yeni texnologiyalar tətbiq etdiklərini və bu sahədə əməkdaşlıq etməyi və təcrübələrini bölüşməyə hazır olduqlarını bildirib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov ölkəmizin investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edib.

Biznes forum iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlərlə davam etdirilib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top