Bakı-Sumqayıt qatarları Biləcəri və Xırdalanda da dayanacaq – TARİFLƏR – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bakı-Sumqayıt qatarları Biləcəri və Xırdalanda da dayanacaq – TARİFLƏR

Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarına Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləcək.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, 19 noyabr 2016-cı il tarixdən etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarına Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləcək.

Qatarların hərəkət cədvəli barədə sərnişinlərə əlavə məlumat veriləcək.

Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında gediş haqqı tarifləri

İstiqamət Tarif (manatla)
ekonom biznes
Bakı-Sumqayıt (Sumqayıt-Bakı) 0.80 1.20
Bakı-Biləcəri (Biləcəri-Bakı) 0.30 0.80
Bakı-Xırdalan (Xırdalan-Bakı) 0.40 1.0
Biləcəri-Xırdalan (Xırdalan-Biləcəri) 0.20 0.40
Biləcəri-Sumqayıt (Sumqayıt-Biləcəri) 0.60 1.0
Xırdalan-Sumqayıt (Sumqayıt-Xırdalan) 0.40 0.80

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top