
Azərbaycan yeni pilotsuz uçuş aparatı hazırlayıb
Azərbaycan Milli Aviasiya Akademiyası yeni pilotsuz uçuş aparatı (PUA) hazırlayıb. Bunu mühəndis-konstruktor, akademiyanın müəllimi Əkbər Əliyev deyib.
“Flying wing” (Uçan qanad) adlı yeni uçuş aparatı Bakıda keçirilən II Azərbaycan Elm festivalında nümayiş etdirilib.
Ə.Əliyevin sözlərinə görə bu layihə akademiyanın təşəbbüsüdür. Uçuş aparatı bumeranq şəklindədir və qanadların ölçüsü 1,12 metr təşkil edir: “Aparat həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilər. Dinc vaxtlarda onun istifadəsinə tələbat daha çox ola bilər”.
PUA yol-nəqliyyat hərəkətinə nəzarət, dağlarda aeroçəkilişlər, kiçik həcmli yük və dərman preparatlarının daşınması üçün istifadə oluna bilər.
Ə.Əliyev bildirib ki, “Flying wing” hava şəraitindən asılı olaraq 10-20 dəqiqə müddətinə uçuş həyata keçirə bilər.
Trend.az
BƏNZƏR MƏQALƏLƏR
-
Bu tarixdə “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə! Novruz bayramı ilə əlaqədar 20-26 […]
-
“YAŞAT” Fondunun dəvəti ilə Türkiyə fondlarının rəhbərləri ölkəmizə gəliblər
Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondların rəhbərlərindən ibarət nümayəndə heyəti “YAŞAT” Fondunun dəvəti ilə […]
-
“Rəqəmsal icra hakimiyyəti” layihəsi çərçivəsində rayonlarda maarifləndirmə işləri başlayıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı […]