
Azərbaycan “World Travel Market-2016” beynəlxalq turizm sərgisində təmsil olunur
Londonda ənənəvi “World Travel Market-2016” beynəlxalq turizm sərgisi keçirilir. Bu beynəlxalq sərgi turizm sənayesində əhəmiyyətli yerə malikdir.
Sərgidə 186 ölkədən 9 min şirkət, 50 mindən çox turizm sənayesində çalışan mütəxəssis iştirak edir.
Azərbaycan sərgiyə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin marketinq sektorunun müdiri Emil Səfərovun başçılıq etdiyi nümayəndə heyəti ilə qatılıb. Həmçinin sərgidə ölkəmizin “Şahdağ” Turizm Mərkəzi, “Gilan hospitality”, “Qafqaz hotel”, “Four Seasons hotel Baku” mehmanxanaları, “Silkway travel”, “Turizm.az”, “AL-travel”, “Falcon travel”, “Geo-travel”, “Baku Holiday travel”, “STİ travel”, “CBT Azerbaijan”, “ENC tours”, “Via Caucasus” turizm şirkətləri və “Azərbaycan Hava Yolları” QSC təmsil olunur.
Burada 63 kvadratmetr sahədə Azərbaycan stendi quraşdırılıb. Ziyarətçilərə ölkəmizin mədəniyyəti və turizm imkanları haqqında ətraflı məlumat verilir. Azərbaycan stendi sərgiyə gələn ziyarətçilərə təqdim etmək üçün ingilis dilində müxtəlif növ çap məhsulları və videoçarx ilə təmin olunub.
Sərgi zamanı ziyarətçilərlə işgüzar görüşlər keçirilir və yerli turizm şirkətləri tərəfindən bir sıra əməkdaşlıq müqavilələri imzalanır.
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri 13-cü dəfədir ki, “Dünya səyahət bazarı” beynəlxalq turizm sərgisində iştirak edirlər.
Sərgi noyabrın 10-dək davam edəcək.
BƏNZƏR MƏQALƏLƏR
-
Vergilər azaldıldı, bəs qiymətlər? – “Kaspi”nin ARAŞDIRMASI + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Azərbaycanın regionlarında hotel və sanatoriyaların əmlak vergisi üç […]
-
Türkiyə turizminə açılan yeni pəncərə – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Diyarbəkir Türkiyə turizmində alternativ cazibə mərkəzinə çevrilməkdədir. Şəhər […]
-
Xose Antonio Vidal: “Azərbaycan şərab mədəniyyətinin pərəstişkarlarını cəlb edəcək yerdir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məmnuniyyətlə bildirmək istəyirəm ki, bu gün Qlobal Şərab […]