
Azərbaycan Pekində keçiriləcək beynəlxalq turizm sərgisində təmsil olunacaq
Aprelin 12–dən 14-dək Pekində “COTTM 2016” beynəlxalq turizm sərgisi keçiriləcək. Sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin, yerli turizm şirkətlərinin və “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndələri təmsil edəcək.
Sərgidə ölkəmizin turizm imkanlarının təbliğ olunması üçün nazirlik tərəfindən 39 kvadratmetrlik pavilyon icarəyə götürülüb. Burada Azərbaycanın regionlarını, paytaxt Bakını, ölkəmizin təbiətini, milli mətbəximizi, turizm potensialını təbliğ etmək məqsədilə ingilis və çin dillərində müxtəlif növ reklam-çap məhsulları nümayiş ediləcək.
Beynəlxalq sərgiyə Azərbaycanla yanaşı, 65 ölkədən 300-ə yaxın şirkət qatılacaq.
Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq beşinci dəfədir ki, Pekində keçirilən “COTTM” beynəlxalq turizm sərgisində iştirak edir.
Qeyd edək ki, ötən il Çindən ölkəmizə 5 mindən çox turist səfər edib.
BƏNZƏR MƏQALƏLƏR
-
AZAL öz sərnişinlərinə Novruz bayramı münasibətilə endirim hədiyyə edir – FOTO
“Azərbaycan Hava Yolları” aviaşirkəti martın 20 və 21-də Novruz bayramı münasibətilə bir sıra məşhur istiqamətlərə […]
-
“Odlar yurdu, cazibədar, heyrətamiz gözəlliyə malik ölkə” – “The Travel” Azərbaycandan yazıb
Odlar yurdu, olduqca cazibədar, heyrətamiz gözəlliyə malik ölkə. “Report” xəbər verir ki, bu fikirlər məşhur “The […]
-
Bu gündən Şuşaya turist səfərləri başlayır
Bu gündən artıq Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə turizm məqsədli səfərlər başlayır. Oxu.Az xəbər verir […]