
Azərbaycan dünya halal turizmi reytinqində 23-cü yer alıb
Malayziya 2016-cı ildə dünya müsəlman səyahətçiləri üçün ən cazibəli və rahat ölkə seçilib. Economic.az Trend-ə istinadən xəbər verir ki, “Crescent Rating” turizm servisinin məlumatına istinadən xəbər verir.
İslam Konfransı Təşkilatı (İKT) ölkələri sırasında müsəlman turistləri üçün ən komfortlu, həmçinin BƏƏ, Türkiyə, İndoneziya, Qətər, Səudiyyə Ərəbistanı, Oman, Mərakeş, İordaniya və Bəhreyn seçilib.
İKT-nin üzvü olmayan ölkələr sırasında liderlər isə bunlardır: Tayland, Böyük Britaniya, CAR, Honkong, Fransa, Tayvan, Yaponiya, Şri-Lanka və ABŞ.
Dünya halal turizmi reytinqinə bu il ümümiyyətlə 130 ölkə daxil edilib. Azərbaycan reytinqdə 23-cü yer alıb.
Reytinqə daxil edilən ölkələr müsəlmanların ailəvi istirahəti, servislərin imkanları, halal ərzaqların əlverişliyi, turistlərin yerləşdirilməsi variantları, marketinq proqramları, viza məhdudiyyətləri və hava nəqliyyatı kimi meyarları ilə dəyərləndirilir.
Ekspertlər hesab edir ki, müsəlmanların qlobal sayının 1,6 milyard olduğu nəzərə alınarsa, “halal otel bazarı” seqmenti hələ ki tam işlənilməyib. Türkiyə, Malayziya, İndoneziya və Mərakeş hazırda bu bazarın ən böyük müştəriləridir.
Crescent Rating agentliyinin məlumatına əsasən, bu bazarın hazırkı dəyəri 140 milyard dollardır və 2020-ci ilədək 193 milyarda çatacaq.
BƏNZƏR MƏQALƏLƏR
-
AZAL Bakıdan üç yeni istiqamət üzrə reyslər yerinə yetirəcək
Azərbaycanın Milli Aviadaşıyıcısı (AZAL) Rusiyaya daha üç yeni istiqamət əlavə edir. Mart ayından etibarən aviaşirkət […]
-
Azərbaycan vətəndaşları artıq Qazaxıstanda 90 gün müddətində vizasız qala bilərlər
Bu gündən Avrasiya İqtisadi Birliyi (AİB) vətəndaşları da daxil olmaqla, immiqrantların Qazaxıstana girişi və qalmasının […]
-
AZAL yeni təyyarələr alacaq – FOTO
Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) 2030-cu ilə qədər inkişaf strategiyası çərçivəsində donanmasını yeni müasir dargövdəli “Airbus […]