“Azərbaycan Dəmir Yolları" ilə “Rusaqrotrans” arasında saziş imzalanıb (FOTO) - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Azərbaycan Dəmir Yolları” ilə “Rusaqrotrans” arasında saziş imzalanıb (FOTO)

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin və “Rusaqrotrans” QSC-nin birgə müəssisəsi olan “AzRusTrans” QSC-nin təntənəli təqdimat mərasimi keçirilib.

Economic.az bildirir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, tədbiri giriş sözü ilə birgə müəssisənin rəhbəri Cavid Quliyev açaraq, iştirakçılara müəssisənin Rusiya, Azərbaycan, İran, Gürcüstan və Türkiyə arasında beynəlxalq daşımalarda olan üstünlüklərindən söhbət açıb.

Sonra “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətin sədri Cavid Qurbanov, “AzRusTrans” QSC-nin İdarə Heyətinin sədri Oleq Roqaçov, ““Rusaqrotrans” QSC-nin İdarə Heyətinin üzvü Konstantin Zasov, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini İqbal Hüseynov, “Rusaqrotrans” QSC nin direktoru Yuri Kim, “Rusaqrotrans” QSC nin marketinq departamentinin direktoru Aleksey Fedotenkov çıxış edərək yeni yaradılan birgə müəssisənin gələcək perspektivlərindən danışıblar.

Məlumat üçün deyək ki, “Rusaqrotrans” QSC və “Azərbaycan Dəmir Yolları” QSC-nin iştirakı ilə müştərək müəssisənin yaradılmasında məqsəd Rusiya, Azərbaycan, İran, Gürcüstan və Türkiyə arasındakı yük dövriyyəsində dəmir yolu daşımalarının payının artırılması, bazarın tələb etdiyi rəqabət qabiliyyətli logistika xidmətlərinin yaradılması ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirilməsidir. Vaqon parklarını birləşdirməklə hər iki şirkət ilk mərhələdə taxıl və meşə materiallarının daşınmasını əhatə edə bilər.

Aparılmış işlərin nəticələri (o cümlədən Bakı – Tbilisi – Qars, Şimal – Cənub kimi yeni dəhlizlərin tikintisi) göstərir ki, yeni dəhlizlərin fəaliyyəti nəticəsində Rusiya ilə Türkiyə arasında və ya Rusiya ilə İran arasında Azərbaycandan keçməklə dəmir yolu daşımalarının həcmi yaradılmış birgə müəssisənin fəaliyyəti hesabına ikiqat arta bilər. Eyni zamanda Rusiya – İran və Rusiya – Gürcüstan və Rusiya – Türkiyə, Qazaxıstan – Türkiyə, Qazaxıstan – Gürcüstan istiqaməti üzrə taxıl daşımaları daha perspektivli ola bilər.

“AzRusTrans” şirkəti Rusiya Federasiyasında və Azərbaycanda şəxsi vaqon parkına sahib olan ən əsas operatorlardan biri olmağa can atan dəmir yolu şirkətidir. “AzRusTrans” dəmir yolu şirkəti əsas logistika şirkəti olmağa və treyderlərə, müxtəlif malların satıcılarına və alıcılarına xidmət göstərməyə çalışır. “AzRusTrans” taxıl məhsulları, digər açıq, aqrar, ağac məhsulları, mineral gübrələr, tikinti, konteyner, qablaşdırma və maye yüklər daşıyacaq. “AzRusTrans” vaqonların icarəsi, vaqonların izlənməsi (Azərbaycan ərazisində), tariflər də daxil olmaqla Bakı – Tbilisi – Qars, İran – Rusiya (Şimal – Cənub) kimi yeni dəhlizlər təklif etməklə yüklərin bir yerdən başqa yerə daşınmasını təmin edəcək.

“AzRusTrans” şirkətinin vəzifəsi yükgöndərən müştərilərin tələbatına maksimum dərəcədə operativ cavab verə biləcək nəqliyyat məhsulunun təqdim edilməsidir. Birgə müəssisənin yaradılmasında məqsəd Azərbaycan ərazisindən keçməklə tranzit yük dövriyyəsində dəmir yolu ilə daşımaların payını artırmaqdır. Tədbirin sonunda müvafiq sənədlər imzalanıb.

Trend.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top