“ASAN ödəniş” sistemindən daha bir yenilik
İnzibati cərimələr və məhkəmə qərarlarının icrası üzrə ödənişlərin həyata keçirilməsini nəzərdə tutan www.asanpay.az portalı yenilənərək, bir sıra yeni funksiyalar əlavə olunub.
Yeni funksiyalardan biri “ASAN ödəniş” portalı vasitəsilə vətəndaşın cari vaxta cəriməsinin olub-olmaması barədə çıxarışı əldə edə bilməsidir. Bunun üçün www.asanpay.az portalı üzərindən şəxsi kabinetdə “Çıxarışlar” bölməsinə daxil olmaq kifayətdir.
“ASAN ödəniş” sisteminin istifadəçilərə yaratdığı digər imkanlardan biri də inzibati tənbeh tətbiq edilməsi ilə bağlı qərarlara dair məlumatların vətəndaşlara ödənişsiz olaraq SMS vasitəsilə göndərilməsidir.
Yeni qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsinə əsasən, İnzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar vətəndaşların “ASAN ödəniş” portalı üzərindən şəxsi kabinetində yerləşdirilməyənədək vətəndaşdan ödəniş tələb edilə bilməz.
Qeyd edək ki, vətəndaşlar ödənişlərini www.asanpay.az portalı üzərindən bank kartları ilə yanaşı, “ASAN ödəniş” terminalları vasitəsilə nağd formada da həyata keçirə bilərlər. Ödəniş terminalları hazırda Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin inzibati binasında, “SOCAR” yanacaqdoldurma məntəqələrində, cərimə meydançalarında, avtomobil dayanacaqlarında, ticarət mərkəzlərində və əhalinin intensiv toplaşdığı digər ictimai yerlərdə quraşdırılıb. Terminallar şəbəkəsi gələcəkdə daha da genişləndiriləcək.
Daha ətraflı məlumatları www.asanpay.az saytından əldə etmək olar.
Azərtac
BƏNZƏR MƏQALƏLƏR
-
Bu tarixdə “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə! Novruz bayramı ilə əlaqədar 20-26 […]
-
“YAŞAT” Fondunun dəvəti ilə Türkiyə fondlarının rəhbərləri ölkəmizə gəliblər
Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondların rəhbərlərindən ibarət nümayəndə heyəti “YAŞAT” Fondunun dəvəti ilə […]
-
“Rəqəmsal icra hakimiyyəti” layihəsi çərçivəsində rayonlarda maarifləndirmə işləri başlayıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı […]