“ASAN Login”də qeydiyyat şərtləri dəyişir
1 may 2022-ci il tarixindən etibarən “ASAN Login” Vahid Giriş Sistemində (https://asanlogin.my.gov.az/auth) qeydiyyat yalnız videoqeydiyyatla mümkün olacaq.
Səs və üztanıma kimi süni intellekt texnologiyasına əsaslanan videoqeydiyyat xidməti mobil nömrəsi öz adına olmayan vətəndaşların da “ASAN Login”də qeydiyyatdan keçməsi üçün şərait yaradır.
“ASAN Login”də videoqeydiyyat prosesi 20 saniyə ərzində aparılır. İlk 12 saniyədə vətəndaş üzünü sistemə tanıdır, növbəti 8 saniyədə isə şəxsiyyət vəsiqəsini qaydalara uyğun şəkildə ekranda əks etdirir. Videoqeydiyyat prosesi yekunlaşdıqdan bir və ya bir neçə saat sonra vətəndaşın müraciəti təsdiq edilir.
Ətraflı https://youtu.be/UCBVu2hyzv8
BƏNZƏR MƏQALƏLƏR
-
800 mindən çox “myGov” istifadəçisi var!
İndi 800 mindən çox “myGov” istifadəçisi var! Əgər siz hələ də “myGov” ilə tanış olub […]
-
EHİM-in “Rəqəmsal icra hakimiyyəti” portalının təqdimat mərasimi keçirilib
23 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə […]
-
EHİM və “Azərikard” arasında Memorandum imzalanıb
12 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə […]