ASAN könüllüləri SOCAR-da təcrübə keçəcəklər – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

ASAN könüllüləri SOCAR-da təcrübə keçəcəklər

Economic, Socarın saytına istinadən xəbər verir ki, İnsan Resursları Departamentində SOCAR-da ödənişsiz təcrübə keçəcək ASAN könüllüləri ilə görüş keçirilmişdir.İRD-nin rəisi Asif Bəkirli könüllüləri təbrik edərək bildirmişdir ki, ASAN könüllülərinin SOCAR-ın idarə və müəssisələrində ixtisaslarına uyğun təcrübə keçmələri artıq şirkətin gənclər siyasətinin tərkib hissəsini təşkil edir. SOCAR-ın təcrübəli mütəxəssislərindən dəyərli bilik və bacarıqlar öyrənməyin onlar üçün böyük motivasiya olacağını söyləyən A.Bəkirli gənclərə bu imkandan maksimum yararlanmağı tövsiyə etmişdir.

Qeyd edək ki, SOCAR-da ödənişsiz təcrübə keçmək üçün 39 nəfər məntiq üzrə test imtahanında iştirak etmiş, imtahandan uğurla keçən 22 nəfər könüllü müsahibə mərhələsinə dəvət olunmuş, bu mərhələdə isə 12 nəfər seçilmişdir. Ödənişsiz təcrübə keçmək üçün seçilmiş tələbələrin “Azneft” İB-də, Baş ofisin İnsan Resursları Departamentində, Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsində, İnformasiya Texnologiyaları və Rabitə İdarəsində, Ekologiya İdarəsində və Heydər Əliyev adına NEZ-də ödənişsiz təcrübə keçmələri nəzərdə tutulmuşdur. Təcrübənin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaqdır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top