"ASAN Kommunal" dövlət büdcəsindən maliyyələşməyəcək - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“ASAN Kommunal” dövlət büdcəsindən maliyyələşməyəcək

“ASAN Kommunal” mərkəzləri dövlət büdcəsindən maliyyələşməyəcək”. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

Onun sözlərinə görə, bu mərkəzlər aidiyyəti qurumların vəsaiti hesabına təşkil ediləcək: “Digər qurumlar da bu prosesə cəlb edildikdə onlarla razılaşdırılmış şəkildə “ASAN Kommunal” mərkəzlərinin fəaliyyətinə cəlb olunacaqlar”.

İ.Kərimov qeyd edib ki, “ASAN Kommunal” mərkəzləri ayrı binada fəaliyyət göstərəcək: “Mərkəzlər fiziki baxımdan ayrı-ayrı, amma “ASAN Xidmət” mərkəzlərinə yaxın, mümkün hallarda hətta bitişik binalarda fəaliyyət göstərəcək”.

ASAN-ın sədri İnam Kərimov

ASAN-ın sədri İnam Kərimov

Onun sözlərinə görə, “ASAN Kommunal” xidmət mərkəzlərində həm hüquqi, həm də fiziki şəxslərə kommunal xidmətlər “ASAN Xidmət” prinsipləri, standartları əsasında həyata keçiriləcək.  Xidmət mərkəzlərində üç qrumun – “Azərsu”, “Azərişıq”, “Azəriqaz” göstərdiyi kommunal xidmətlər göstəriləcək:

“Bu qurumların xidmətləri vahid mərkəzdən həyata keçiriləcək. Bu vətəndaşlar üçün həmin xidmətləri daha əlçatan edir. Yəni, vətəndaşlar bütün kommunal xidmətləri vahid məkandan əldə edə biləcək”.

“Ödəniş terminallarının fəaliyyəti olduğu kimi qalacaq”

İ.Kərimov deyib ki, “ASAN Komunal” xidmət mərkəzlərində vətəndaşların rahatlığı üçün bütün işlər görüləcək. Mərkəzlərdə mərkəzləşdirilmiş növbə sistemi, internet kafelər, uşaqlar üçün əyləncə bölümləri olacaq. “ASAN Kommunal” xidmət mərkəzlərində kommunal xidmətlər daha şəffaf həyata keçiriləcək: “Kommunal xidmətlərlə bağlı vətəndaşlar həm informasiya köşkləri, həm internet resurslar, həm də könüllülər vasitəsilə məlumatlandırılacaqlar. Eyni zamanda vahid çağrı mərkəzi formalaşdırılacaq. Onlar bu xidmət vasitəsi ilə istədikləri suala cavab tapa biləcəklər. Ən vacib prinsiplərdən biri də “Vətəndaş həmişə haqlıdır” prinsipidir. Bu prinsip daha təkmil formada həyata keçiriləcək”.

İ.Kərimov burada çalışacaq işçilərdən də danışıb. O deyib ki, mərkəzlərdə işləyəcək əməkdaşlar etik davranış kurslarına cəlb olunacaqlar. Stresin idarə edilməsi, müştərilərlə iş kimi vacib treniqlər təşkil ediləcək.

İ.Kərimov bildirib ki, “ASAN Kommunal” mərkəzlərinin təşkilatlanma işlərinə bu gündən başlanılıb: “Qısa müddətdə “ASAN Komunal” xidmət mərkəzinin pilot layihəsi fəaliyytə başlayacaq. Bunlar “ASAN Xidmət” mərkəzlərinə paralel mərkəzlər olacaq. Yəni, “ASAN Kommunal” mərkəzi fəaliyyətə başladıqdan sonra bu xidmətlərin hamısı yeni mərkəzlərədə birləşəcək”. İ.Kərimov deyib ki, kommunal ödənişlərin həyata keçirilməsi üçün ödəniş terminallarının fəaliyyəti olduğu kimi qalacaq.

Azərbaycanda “ASAN Kommunal” mərkəzləri yaradılır. ANS PRESS-in məlumatına görə,  yeni qurumun yaradılması ilə bağlı tədbirlər haqqında Prezident İlham Əliyev Fərman imzalayıb.

“ASAN Kommunal” mərkəzləri aşağıdakıları təmin edəcək:

Kommunal və digər müştəri xidmətlərinin həyata keçirilməsini;

Göstərilən xidmətlərin müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə təşkilini, xidmətlərin təkmilləşdirilməsi məqsədilə innovasiyaların tətbiq edilməsini;

Azərbaycanda kommunal ximətlərlə bağlı yeni qurum yaradılır

Vətəndaşların telefon və ya internet müraciətlərinin “Çağrı xidməti” vasitəsilə qəbulu və cavablandırılmasını;

Nəzarət və qiymətləndirmənin aparılmasını;

Mərkəzlərdə fəaliyyət göstərəcək əməkdaşlar üçün etik kursların, vətəndaş axınının və konfliktli halların idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını inkişaf etdirən müxtəlif treninqlərin təşkilini;

Xidmət keyfiyyətinin və vətəndaş məmnunluğunun ölçülməsi üçün mütəmadi olaraq sorğuların (“exit-poll”) keçirilməsini;

Mərkəzlərin fəaliyyəti haqqında gündəlik və dövri statistik hesabatların hazırlanmasını;

Kommunal xidmətlərin göstərilməsi ilə əlaqədar ödənişlərin və digər haqların banklar, ödəmə terminalları və ya “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsini.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top