
ARDNF 9 ayda banklara 4 milyard dollar satıb
Bu ilin 9 ayı ərzində banklara 4 milyard dollar satılıb.
Bu barədə Mərkəzi Bankın 2016-cı ilin yanvar-sentyabr ayları üzrə hesabatında deyilir.
Hesabata əsasən həmin müddətdə xarici valyutaya tələb tədricən azalıb ki, bu da valyuta bazarında Mərkəzi Bankın iştirakının azalmasına gətirib çıxarıb.
Hesabat dövründə valyuta bazarının həcminin azalması tələb və təkliflə bağlıdır. Mal və xidmət idxalının azalması, habelə ötən illə müqayisədə dollarlaşmanın səngiməsi xarici valyutaya tələbə azaldıcı təsir göstərib.
Mərkəzi Bank valyuta bazarında iştirakını minimuma endirib, xarici valyutalar isə banklara Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən Mərkəzi Bankın həyata keçirdiyi hərraclar vasitəsilə satılır. Hesabat dövründə ümumilikdə 88 valyuta hərracında 4 milyard dollar satılıb, ötən ilin müvafiq dövründə isə bu rəqəm 5 milyard dollar olub.
BƏNZƏR MƏQALƏLƏR
-
Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonu
ECONOMİC: Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonu Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı bərpa olunub. […]
-
“YAŞAT” daha 13 qazimizi Türkiyəyə göndərdi
Ağır yaralanan daha 13 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib. “YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə […]
-
“YAŞAT”a toplanan vəsait 31 milyon manatı ötdü
ECONOMIC: Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan […]