“Aqrolizinq”in sədrinə töhmət verildi – NAZİRLİKDƏ MÜŞAVİRƏ
Bu gün kənd təsərrüfatı nazirliyində “Taxıl biçininin qısa müddətdə və itkisiz yığımının təşkili ilə bağlı qarşıda duran vəzifələr”ə həsr olunmuş respublika müşavirəsi keçirilib.
Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin, Rayon Kənd Təsərrüfatı İdarələrinin, “Aqrolizinq” ASC-nin və onun regional nümayəndəliklərinin rəhbərləri iştirak ediblər.
Çıxış edən Aqrolizinq ASC-nin sədri Elşən Məmmədov rəhbərlik etdiyi qurumun son dövrlərdə fəaliyyəti barədə məlumat verib, həmçinin ayrı-ayrılıqda hər bir rayon Aqroservis rəhbərinin texnikaların və kombaynların biçinə hazırlıq vəziyyəti və dislokasiyası ilə bağlı məlumatları dinlənilib.
Nazir Heydər Əsədov təbliğat işinin genişləndirilməsi, taxıl biçininin qısa müddətdə və itkisiz aparılması, yanğından mühafizə işinin təşkili, subsidiyaların verilməsində şəffaflığın təmin edilməsi, lizinq xidmətlərinin vaxtında aparılması, gübrələrdən istifadə ilə bağlı Rayon Kənd Təsərrüfatı İdarələrinə və Aqroservis rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verib.
Müşavirədə Aqrolizinq ASC-nin sədrinə töhmət, sədr müavininə şiddətli töhmət, həmçinin işdə ciddi nöqsanlara yol verdiyinə görə Bərdə, Ağsu, Oğuz, Ağcabədi, Şamaxı, Hacıqabul, Gədəbəy, Yevlax Aqroservis rəhbərlərinə şiddətli töhmət və sonuncu xəbərdarlıq edilib, Cəlilabad və Gəncə regional nümayəndəliklərinə töhmət verilib, işlərini günün müasir tələblərinə uyğun qura bilmədiklərinə görə lizinq ödənişlərinin yığımı üzrə regionlarla iş üzrə sektorun yeddi region üzrə ştat vahidi ləğv edilərək, mərkəzi aparatda struktur dəyişikliyinin aparılması məqsədəuyğun hesab olunub.
Mənbə: Fins.az
BƏNZƏR MƏQALƏLƏR
-
Özəl şirkətlər “Aqrokadr.az” portalı ilə əməkdaşlığı genişləndirir
Aqrokadr.az portalında özəl müəssisələrə aid 20-dən çox vakansiya dərc edilib. Aqrokadr.az portalı vasitəsilə dövlət və […]
-
Rusiya ilə Azərbaycan arasında taxıl və gübrə tədarükü ilə bağlı qarşılıqlı anlaşma var
Rusiyanın Bakıdakı səfiri bildirib ki, Rusiya Azərbaycana taxıl tədarükünü davam etdirəcək. Bu məsələ ilə bağlı […]
-
Çəltik tədqiqatı sahəsində Pakistanla əməkdaşlıq müzakirə edilib
Çəltikçilin inkişafı ilə bağlı Dövlət Toxum Fondu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Pakistan Kənd Təsərrüfatı Tədqiqatları […]