
AQRAR UNİVERSİTETDƏ FERMERLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB-FOTO
Bu gün Azərbaycan Dövlət Aqrar Universitetinin aqranomluq fakültəsində Gəncə və ətraf bölgələrdən olan fermerlərlə təhsil müəssisənin professor, müəllim və tələbə heyəti bir araya gəlib, səmimi və işgüzar görüş keçirilib. Toplantı-görüşün əsas məqsədi fermerlərə yaxından kömək göstərmək, nəzəriyyə ilə təcrübənin fermer təsərrüfatlarına tətbiqini təmin etmək olub.
Görüşdə 8 rayondan 40-dan artıq fermer iştirak edib. Toplantıdan əvvəl fermerlər universitetin tədris bazası ilə tanış olub, ayrı-ayrı laborotoriyaların iş fəaliyyəti barədə geniş məlumat əldə ediblər. Universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov aqrar elmin qarşısında çox ciddi məsələlərin dayandığını, ən vacibinin isə nəzəriyyə ilə təcrübənin vəhdətinin olduğunu bildirmiş, tələbələrin fermerlərin təsərrüfatlarında təcrübə keçmələrinin, öyrəndiklərini praktiki olaraq tətbiq etmələrinin vacibliyini xüsusilə vurğulamışdır. Qeyd etmişdir ki, bu həm tələbənin mükəmməl kadr kimi formalaşmasına, həm də təsərrüfat sahibinin gəlirlərinin artmasına kömək edə bilər.
Bu cür görüşlərin ayda ən azı iki dəfə keçirilməsi məqsədəuyğun hesab edilmişdir.
Görüşün sonunda 3 fermer təsərrüfatı ilə müqavilə imzalanmış və fermerlərin təsərrüfatlarından universitetin bazası kimi istifadə olunması, tələbələrin orada təcrübə keçməsi razılaşdırılmışdır.
Məlumat üçün bildirək ki, müqavilə imzalanan təsərrüfatlarda istixana şəraitində xiyar, çiyələk, eləcə də üzüm, paxlalı və dənli bitkilər yetişdirilir
BƏNZƏR MƏQALƏLƏR
-
Özəl şirkətlər “Aqrokadr.az” portalı ilə əməkdaşlığı genişləndirir
Aqrokadr.az portalında özəl müəssisələrə aid 20-dən çox vakansiya dərc edilib. Aqrokadr.az portalı vasitəsilə dövlət və […]
-
Rusiya ilə Azərbaycan arasında taxıl və gübrə tədarükü ilə bağlı qarşılıqlı anlaşma var
Rusiyanın Bakıdakı səfiri bildirib ki, Rusiya Azərbaycana taxıl tədarükünü davam etdirəcək. Bu məsələ ilə bağlı […]
-
Çəltik tədqiqatı sahəsində Pakistanla əməkdaşlıq müzakirə edilib
Çəltikçilin inkişafı ilə bağlı Dövlət Toxum Fondu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Pakistan Kənd Təsərrüfatı Tədqiqatları […]