Ağdaşda üç günə 700 hektar sahənin taxılı biçilib
Ağdaş rayonunda taxıl istehsalçıları məhsulu vaxtında və itkisiz toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Ötən 3 gün ərzində rayonda 700 hektar sahənin taxılı biçilib. Havanın yağmurlu olması taxıl biçini kampaniyasını qismən ləngidir. Biçin üçün sahələrə 45 kombayn və bir qədər də yük maşını cəlb olunub.
Economic xəbər verir ki, Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildiriblər ki, dövlət qayğısından yararlanan ağdaşlı fermerlər bu il təsərrüfatlarında 11 min 93 hektar sahədə taxıl becəriblər. Bu da ötən ildəkindən 745 hektar çoxdur. Taxıl sahələrinin 2619 hektarını buğda, 8474 hektarını arpa təşkil edir. Sahələrdə aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, ziyanvericilərin qarşısının alınması və hava şəraitinin əlverişli olması nəticəsində bol məhsul yetişib.
Mütəxəssislərin fikrincə, cari ildə məhsuldarlıq ötən illə müqayisədə daha çox, hər hektarda orta hesabla 26 sentner gözlənilir. Hava şəraiti imkan verərsə, rayonda taxıl biçini kampaniyasının iyunun 25-dək başa çatdırılması nəzərdə tutulur. Mexanizator və kombaynçılar taxılın yanğından qorunması və digər təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı təlimatlandırılıblar.
BƏNZƏR MƏQALƏLƏR
-
Payızlıq əkinlərin EKTİS-də bəyan edilməsi prosesi yekun mərhələyə qədəm qoyub
Fermerlər öz payızlıq əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməkdə davam edirlər. Əkinlərin bəyanı […]
-
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Şamaxıda fermer təsərrüfatına dəstək göstərilib
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda […]
-
Quba-Qonaqkənd avtomobil yolu – VİDEO
Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin Sərəncamına əsasən, 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini […]