Azərbaycanda universitet prorektoru kazinoda külli məbləğdə pul uduzub? – AÇIQLAMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması və universitetə prorektor təyin olunması ilə bağlı məlumatlar var.
Bakı Avrasiya Universitetinin rektorunun köməkçisi Şəfayət Avılbəyli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar yalandır:
“Bu məlumatların heç birinin əsası yoxdur. Günhan Hüseynov 2012-ci ildən Bakı Avrasiya Universitetində ümumi işlər üzrə prorektordur. O, Gürcüstanda olmayıb. Onun nənəsi ötən günlərdə əməliyyat olunub. Dünən bütün günü Nazim bəy də, Günhan bəy də orada olublar. Yayılan məlumatlar təxribat xarakterlidir. Dəqiqləşdirmə aparmadan, mövqe almadan işıqlandırıblar. Qeyri-peşəkarlıq nümunəsidir. Sizə xüsusi təşəkkürümü bildirirəm”.
Xatırladaq ki, Bakı Avrasiya Universitetinin rektorunun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu barədə xəbərlər yayılıb.
Nəzrin Vahid
BƏNZƏR MƏQALƏLƏR
-
İnsan ilk dəfə okeanda sahildən ən ucqar nöqtəyə çatdı – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz 2024-cü ildə ata və oğuldan (Kris və Mik […]
-
ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, […]
-
Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə […]