Rumıniyalı voleybolçu: Azərbaycan millisinə hörmətimiz sonsuzdur – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Rumıniyalı voleybolçu: Azərbaycan millisinə hörmətimiz sonsuzdur

Bakı, 18 may, AZƏRTAC

“Çox yaxşı mübarizə apardıq. Azərbaycan millisinin gənc voleybolçularını da təbrik edirəm. Rəqibə hörmətimiz sonsuzdur”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında kişi voleybolçulardan ibarət Rumıniya millisinin üzvü Bela Florian Barta Qızıl Avropa Liqasının ilk turunda Bakıda Azərbaycan yığmasına 3:0 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.

O, turnirə qələbə ilə başlamağın əlavə motivasiya olacağını bildirib: “Məqsəd qalibiyyət idi və biz də tapşırığın öhdəsindən layiqincə gəldik. Əla oyuna görə komandamla qürur duyuram. Rəqib də bizə müqavimət göstərə bildi. Lakin meydanı qələbə ilə tərk etmək başqa hissdir. Növbəti qarşılaşmada da bu uğuru təkrarlamaq istəyirik”.

24 yaşlı voleybolçu azarkeşlərinin Azərbaycan millisinə sonadək dəstək verməsinin alqışalayiq olduğunu söyləyib: “Arenada dəstək fantastik idi. Azarkeşlərlə dolu salonda oynamaq insana zövq verir. Onlara təşəkkür edirəm”.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top