Bu gün Dünya Kosmonavtika Günüdür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Dünya Kosmonavtika Günü qeyd olunur.
Oxu.Az xəbər verir ki, bu günün keçirilməsi 63 il əvvəl, 1961-ci il 12 aprel tarixində ovaxtkı SSRİ vətəndaşı Yuri Alekseyeviç Qaqarinin insanlıq tarixində ilk dəfə kosmosu fəth etməsi ilə bağlıdır.
Qaqarin həmin gün “Vostok 1” kosmik gəmisində Moskva vaxtı ilə saat 9:07-də “Baykonur” kosmodromundan ayrılıb.
108 dəqiqəlik uçuşdan sonra isə sağ-salamat geri dönüb.
Yuri Qaqarinin uçuş zamanı kod adı Kedr, Yerdən onun uçuşunu koordinasiya edən SSRİ Kosmik Sənayesinin baş mühəndisi Sergey Korolyovun kod adı isə “Zarya 1” olub.
Sistemdə baş verən bir nasazlığa görə Qaqarin geriyə qayıdarkən əvvəlcədən təyin olunmuş yerə yox, Moskva vaxtı ilə saat 10:55-də Saratov vilayətinin kiçik bir kəndinin ətrafında eniş edib. Buna görə də onu nəzərdə tutulan kimi 10 minlərlə insan əvəzinə, həmin ərazidə yaşayan cəmi iki nəfər qarşılayıb.
BƏNZƏR MƏQALƏLƏR
-
İnsan ilk dəfə okeanda sahildən ən ucqar nöqtəyə çatdı – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz 2024-cü ildə ata və oğuldan (Kris və Mik […]
-
ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, […]
-
Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə […]