Norveçlilərdən qeyri-adi addım: Günün daha iki saat uzadılmasını tələb etdilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Norveçin Vadso şəhərinin meri Vençe Pedersen bölgədə sutkada 24 saat əvəzinə 26 saatın təsbit edilməsi xahişi ilə Avropa Komissiyasına müraciət edib.
O, hətta bununla bağlı planını da göndərib.
Merin sözlərinə görə, təklif olunan tədbir sayəsində sakinlər ailələri ilə daha çox vaxta sahib olacaqlar, yerli dəyərlər güclənəcək, həmçinin, bölgəyə yeni turistlər, yeni sakinlər cəlb olunacaqlar.
“Biz insanlara balıqçılıq, ovçuluq, yeni dillər öyrənmək kimi fəaliyyətlər vasitəsilə və ya sadəcə, sevdikləri ilə ünsiyyət üçün keyfiyyətli vaxt keçirmək imkanı vermək istəyirik və bu unikal həyat tərzini təbliğ etməyə çalışırıq”, – deyə o bildirib.
Mənbə: By.tsargrad.tv
BƏNZƏR MƏQALƏLƏR
-
İnsan ilk dəfə okeanda sahildən ən ucqar nöqtəyə çatdı – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz 2024-cü ildə ata və oğuldan (Kris və Mik […]
-
ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, […]
-
Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə […]