Astanada təyyarədə partlayış təhlükəsi: Uçuş 6 saatdan çox gecikdi
Astana-Almatı reysinin sərnişinlərindən birinin təyyarədə bomba olduğunu deməsi səbəbindən “Air Astana” aviaşirkəti uçuşu təxirə salıb.
Bu barədə Qazaxıstan aviaşirkətinin mətbuat xidməti məlumat yayıb.
“2023-cü il aprelin 16-da “KC996” Astana-Almatı reysi ilə uçan təyyarənin sərnişinləri və işçilər təxliyə ediliblər. Normal rejimdə təyyarəyə baxış keçirilib.
Partlayıcı qurğu ilə bağlı məlumat təsdiqini tapmayıb. Uçuşun ümumi gecikməsi 6 saat 29 dəqiqə çəkib.
Yalan məlumat verən sərnişin isə hüquq-mühafizə orqanlarına təhvil verilib, barəsində cinayət işi başladılıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar – Atropatenadan bu günədək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər […]
-
AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə […]
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]