6 minə yaxın müəllim qiymətləndiriləcək
4-6 may 2017-ci il tarixlərində Tovuz Olimpiya İdman Kompleksində Ağstafa, Tovuz və Qazax rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, qiymətləndirmədə 6 min nəfərə yaxın müəllim iştirak edəcək. Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaq.
Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla “Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. Eyni zamanda həmin səhifə vasitəsilə məlumatların dürüstlüyünü yoxlamaq mümkündür. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət edilə bilər.
Qeyd edək ki, 16-21 aprel 2017-ci il tarixlərində keçirilən diaqnostik qiymətləndirmədə Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Kəlbəcər, Xocavənd və Cəbrayıl rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 10 min nəfərdən çox müəllim iştirak edib. 25-30 aprel 2017-ci il tarixlərində isə Mingəçevir və Naftalan şəhər, Yevlax, Ağdaş, Goranboy, Göyçay, eləcə də bu rayonlardakı Kəlbəcər, Ağdam, Xocalı və Laçın rayonlarının ümumi təhsil müəssisələrində çalışan 12 min nəfərə yaxın müəllimin qiymətləndirilməsi aparılıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycanda yaşayan miqrantlar və qaçqınlar üçün inteqrasiya” Proqramı çərçivəsində səfər təşkil olundu – FOTOLAR
24 may 2023-cü il tarixində Avropa İttifaqının maliyyələşdirdiyi “MOBILAZE 2” layihəsi nəzdində Miqrasiya Siyasətinin İnkişafı […]
-
Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz -in MOBİLAZE 2 layihəsi çərçivəsində AUİB-nə səfər keçirildi
16 may 2023-cü il tarixində Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM), Avropa Ittifaqı və […]
-
“ŞAGİRDLƏRİN FORUM TEATRI” LAYİHƏSİ YEKUNLAŞDI
“Şagirdlərin Forum Teatrı” – incəsənət əsaslı öyrənmə metodla məktəbdə yaradıcı mühitin inkişafı və sosial problemlərin […]