Bu il hansı uşaqlar pulsuz qruplara cəlb ediləcək? – Təhsil Nazirliyindən CAVAB
Təhsil Nazirliyi növbəti dərs ilində hansı uşaqların dövlət məktəblərində təşkil ediləcək pulsuz məktəbəhazırlıq qruplarına cəlb ediləcəyini açıqlayıb. Economic.az xəbər verir ki, Nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov Trend-ə deyib ki, yeni dərs ilində dövlət məktəblərində təşkil edilən məktəbəhazırlıq qruplarına 2012-ci ildə anadan olmuş və həmin vaxt 5 yaşı tamam olacaq uşaqlar çəlb ediləcək.
A.Əhmədov qeyd edib ki, dövlət ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarının yaradılmasına və fəaliyyət göstərməsinə 2016-2017-ci tədris ilindən başlanılıb: “Birinci ilin nəticəsi çox yaxşıdır. Bu qruplar növbəti illərdə də yaradılacaq. 2020-ci ilədək uşaqların məktəbəqədər təhsil ilə əhatə səviyyəsini 90 faizə çatdırmaq nəzərdə tutulur”.
Qeyd edək ki, ötən ilin məlumatına görə, ölkədə 5 yaşlı uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsi üzrə göstərici 20 faizdən aşağıdır.
Nazirlər Kabineti tərəfindən ötən il “Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında” qərar verilib. Qərara əsasən, dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının açılması ilə bağlı tələb olunan xərclərin maliyyələşdirilməsi hər il dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.
Azərbaycanda dövlət məktəblərində açılacaq pulsuz məktəbəhazırlıq kurslarına uşaqların qoyulması tamamilə könüllüdür.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycanda yaşayan miqrantlar və qaçqınlar üçün inteqrasiya” Proqramı çərçivəsində səfər təşkil olundu – FOTOLAR
24 may 2023-cü il tarixində Avropa İttifaqının maliyyələşdirdiyi “MOBILAZE 2” layihəsi nəzdində Miqrasiya Siyasətinin İnkişafı […]
-
Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz -in MOBİLAZE 2 layihəsi çərçivəsində AUİB-nə səfər keçirildi
16 may 2023-cü il tarixində Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM), Avropa Ittifaqı və […]
-
“ŞAGİRDLƏRİN FORUM TEATRI” LAYİHƏSİ YEKUNLAŞDI
“Şagirdlərin Forum Teatrı” – incəsənət əsaslı öyrənmə metodla məktəbdə yaradıcı mühitin inkişafı və sosial problemlərin […]