Bayram istirahətini Azərbaycanın turizm obyektlərində keçirən turistlərin sayı artıb
Yeni ili qarşılamaq üçün Azərbaycanın turizm obyektlərini seçənlərin sayı bu il rekord həddə çatıb. İstirahət üçün ölkəmizin gəzməli-görməli yerlərinə üstünlük verənlər arasında həm yerli, həm də xarici turistlər var.
Yeni il bayramını Azərbaycanın turizm obyektlərində keçirənlərin sayı ötən illərlə müqaisədə xeyli artıb. Təkcə “Şahdağ” Turizm Mərkəzi bayram günləri ərəfəsində 20.000-dən çox turist qəbul edib. Mərkəzdə yanvarın 2-də 6 mindən çox turist istirahət edib. Ümumilikdə, qış mövsümü açılandan bu günədək “Şahdağ”ı ziyarət edənlərin sayı 35 mindən çox olub. Turizm Assosiasiyasının məlumatına görə, Yeni ilin ilk günlərini Azərbaycanda keçirməyə üstünlük verən əcnəbilər əsasən, Rusiya, İran, ərəb ölkələri və Qazaxıstan vətəndaşları olublar. Bayramı günlərində Azərbaycanda istirahət edənlər arasında yerli vətəndaşların da sayı çox olub. Həm yerli, həm də əcnəbi turistlər Şamaxı, Şəki, Qax, Qəbələ, Qusar, Quba rayonlarına üz tutublar. Yerli və xarici turistlərin Azərbaycanda istirahətə maraq göstərməsi multikultural dəyərlərin yüksək olması, infrastrukturun qış turizmi üçün münasibliyi ilə bağlıdır. Həmçinin Azərbaycanda ictimai-siyasi sabitlik, eyni zamanda turistlər üçün təhlükəsiz olması ölkəmizə marağı artırır.
BƏNZƏR MƏQALƏLƏR
-
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar – Atropatenadan bu günədək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər […]
-
AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə […]
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]