Neftin qiyməti 50 dollardan aşağı düşməyəcək
Küveyt hökumət rəsmiləri ilin 3-cü və 4-cü rüblərində neftin qiymətinin 50 dolları keçəcəyini söyləyib. Bunun səbəbi kimi neft xammalına olan tələb və təkliflərin tərəddüdlü qiymət dəyişməsini göstərilib.
Economic anspress-ə istinadən xəbər verir ki, bu məlumatı Küveytin Neft naziri Anas əl-Saleh müsahibəsində bildirib. O qeyd edib ki, Küveyt höküməti neft hasilatını artırmağa davam edəcək.
Nazirin fikrincə 2016-ci ilin sonuna kimi neftin qiyməti 50 dollardan aşağı düşməyəcək. Anas əl-Saleh bazardakı “qara qızıl”ın qiymətlərindən razı olduğunu, bunun ölkəsi üçün əlverişli vəziyyət yaratdığını deyib. Qiymətin artmağına səbəb kimi Kanada, Liviya və Nigeriyada istehsalın azalması, bazarda isə neft ehtiyacının çoxalmasını göstərib.
Ötən gün Azərbaycan nefti bazarda qiymət liderliyi qazanıb. “Bloomberg”ə istinadla verdiyi məlumata görə, “Brent” markalı neftin qiyməti aşağı düşüb. İCE qitələrarası fond birjasında “Brent” markalı neftin qiyməti 1.21 dollar azalaraq 48.23 dollara çatıb. “Layt” markalı neftin qiyməti də azalaraq 47.61 dollara düşüb. “AzəriLayt” markalı neft isə bazardakı rəqiblərini ötərək 51.16 dollar olub.
BƏNZƏR MƏQALƏLƏR
-
Dollar bahalaşır: Avro və funt sterlinq düşür
Britaniya funt sterlinqinin dəyəri bazar ertəsi rekord həddə aşağı enib. Funt sterlinqin kəskin ucuzlaşması ABŞ […]
-
Qızıl sürətlə ucuzlaşır
Dünyada dollar indeksinin tarixi rekord səviyyəyə çatması fonunda qızılın qiyməti son 2,5 ilin minimumuna enib. […]
-
Pul bazası artıb
2022-ci il avqustun 1-nə olan vəziyyətə görə Azərbaycanda pul bazası 16,12 milyard manat təşkil edib. […]