Türkiyədəki sosial evlərin tikintisini reallaşdıran TOKİ rəhbəri Ergün Turan Türkiyə mətbuatına açıqlamasında bildirib ki, biz öz təcrübəmizi Azərbaycanla bölüşürük. Qeyd edək ki, TOKİ yaradıldığı 1984-cü ildən bu vaxta qədər isə 760 min bina tikilib. Bu binaların əksəriyyətini sosial evlər təşkil edir. Eskpertlər hesab edir ki, Türkiyə sosial evlərin tikintisi ilə bağlı bir çox ölkələrin təcrübəsindəki müsbət məqamlar götürülüb. Bu mənada Türkiyə modeli daha əlverişlidir.Bir çox ölkələrdə sosial evlər vətəndaşlara yaşayış üçün verilsə də, həmin evlərin şəxsi mülkiyyətə keçməsi nəzərdə tutulmur. Bu mənada Türkiyə modeli daha əlverişli hesab olunur.
Ekspertlər hesab edir ki, Azərbaycanda sosial evlərin tikintisi mənzil bazarında qiymətlərə təsir göstərəməyəcək. Çünki aztəminatlı ailələrin mənzil bazarındakı payı 2 faizdəın çox təşkil etmir. Amma bu kimi evlər kirəyə mənzil bazarında kəskin ucuzlaşmaya səbəb olacaq.