“5İ-uğur düsturu” kitabı tezliklə TEAS PRESS-də
Arzu Qafarlı şəxsi inkişaf və biznes sahəsində üçüncü kitabını çap etməyə hazırlaşır. O, İqtisad Universitetini bitirib, müxtəlif layihələrin təşkilatçısı və rəhbəri olub. Şəxsi inkişaf və biznes sahəsində çoxsaylı təlim və seminarlar keçib. Reklam, bank, restoran və hotel şəbəkələri sahəsində peşəkar təcrübəsi var. Ali məktəblərdə bu sahəyə aid seminarlar keçib.
Müəllifin yeni kitabı “5İ – uğur düsturu” adlanır və kitabdan yararlanan hər kəsi yaşadığı zamanı dəyərləndirməyə, vaxtın qədrini bilməyə çağırır. O, əzmkarlıq və böyük ruh yüksəkliyi sayəsində hər bir insanın uğur qazanacağına inanır:
“Əminliklə deyə bilərəm ki, daxili inam və istək bu işdə sizə yardımçı olacaq. Siz güclüsünüz və bunu hamıya sübut edə bilərsiniz. Uğur qazanmağı bütün qəlbinizlə istəməyiniz yetər!”
“5İ-uğur düsturu” kitabı TEAS Press Nəşriyyat evi tərəfindən nəşr olunacaq.
BƏNZƏR MƏQALƏLƏR
-
“Azercell” sosial şəbəkələrdə yarışma elan edir
Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi münasibətilə xüsusi hədiyyələr oynanılacaq Bu il Azərbaycan Respublikasında telefon […]
-
Arzu Qafarlının növbəti kitabı nəşr olunub.
Arzu Qafarlının növbəti kitabı işıq üzü görüb. Müəllifin yeni kitabının adı “Dərk Etdim” romanıdır. O, […]
-
Satış və Marketinqdə İstifadə Olunan Rənglərin Əhəmiyyəti Nədir?
Hər bir rəng özlüyündə çox məna daşıyır. Bəs bu mənalar nələrdir? Markaların rəngləri bizə necə […]