İş Elanları: Müxtəlif sahələrdə, müxtəlif vəzifələr – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İş Elanları: Müxtəlif sahələrdə, müxtəlif vəzifələr

Express Bank – Birbaşa satışlar şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat:

Tələblər:

  • Müəssisə və təşkilatlarla görüşlər təşkil etmək, bank və bank məhsulları haqqında məlumat verməklə müştəriləri cəlb etmək.
  • Yeni satış kanallarını araşdırmaq və təkmilləşdirmək.

Təcrübə:

  • Ali təhsil
  • Analoji sahədə 1 il təcrübəsi
  • Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək
  • Azərbaycan və Rus dillərini bilmək.

Şəxsi məlumatlarınızı göndərmək üçün anket formasını doldurub cv@expressbank.az ünvanına göndərə bilərsiniz. Xahiş olunur yalnız Expressbank-ın CV formasını, göstərilən tələblərə uyğun olaraq, doldurub göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (subject) vakant olan vəzifəni qeyd etməyi unutmayın. Əks halda CV-lər qəbul edilməyəcək.

Namizədliyiniz üzrə müvafiq vakansiya yarandığı halda İnsan Resursları şöbəsinin əməkdaşları qısa zaman ərzində Sizinlə əlaqə saxlayacaqlar.

_________________________________________________________________________

 

 Vakansiya haqqında məlumat:

Ümumi məlumatlar

– Ən azı orta təhsilli olmalı;
– 25-50 yaş aralığında kişi namizədlər;
– BCDE kateqoriyalı sürücülük vəsiqəsi olmalı;
– Yol hərəkəti qaydalarını və yol xəritəsini yaxşı bilməli;
– Ən az 3 il sürücülük təcrübəsi olmalı;
– Ölkə xarici yükdaşımalara görə xarici pasport tələb olunur.

İş haqqında məlumat

– Yüklü və qoşqulu avtomobillərin (TİR) idarəedilməsi;
– Yüklərin təyinat məntəqəsinə (Bakı daxili, bölgələrə və ölkə xarici şəhərlərə) təhlükəsiz, əskiksiz, sağlam şəkildə və müəyyən edilmiş vaxtlarda çatdırılması;
– Ölkə xarici səfərlərə ezamla bağlı çətinliyin olmaması;
– Nəqliyyat vasitəsinə lazımi qulluğun göstərilməsi və təmiz olmasının təmin edilməsi;
– İdarə etdiyi nəqliyyat vasitəsinin texniki sazlığına nəzarət edilməsi və ehtimal edilən hər bir texniki nasazlıq haqqında lazımi tədbirlərin görülməsi və həmin nasazlığın aradan qaldırılması.

İş şərtləri

6 günlük iş qrafiki

Email: cv@azersun.com

Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan “Azersun Holding” MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.

_______________________________________________________________________

Kapital Bank  – CALL CENTER ŞÖBƏSİNİN MÜTƏXƏSSİSİ

Vakansiya haqqında məlumat:

Şəhər – Bakı

Yaş – 21 – 28 yaş

Təhsil – Ali

İş təcrübəsi – 1 ildən aşağı

Telefon – (012) 598-12-95

E-mail – hkc@kapitalbank.az

İş barədə məlumat

– Məlumat mərkəzinə daxil olan zəngləri cavablandırmaq
– Müştərilərə zəng edərək cari kompaniyalar haqqında məlumat vermək
– Müştəri müraciətlərinə əsasən ödəniş kartları ilə bağlı əməliyyatları aparmaq

Namizədə tələblər

– Yüksək ünsiyyətqurma bacarığı
– Dəqiqlik və operativlik
– Təzyiq altında işləmə qabiliyyəti
– Fərdi və komanda tərkibində işləmə bacarığı
– Əla səviyyədə Azərbaycan və Rus dillərini bilmək
– MS Office bilikləri

 _______________________________________________________________________

“Ferrari Store”a satıcı tələb olunur.

İş vaxtı qrafik üzrə müəyyən olunur:

Namizədə olan tələblər:

Satış bacarığı;
2 il müvafiq sahədə iş təcrübəsi ;
Rus-dili biliyi ;
• İngilis-dili bilənlərə üstünlük verilə bilər;
• Sosial tədbirlərdə aktiv;
• Komandada işləmə bacarığı;
• Punktual;
• Etik davranış qaydalarına riayət etmək;
• Kompyuter biliklərinin olması arzu olunandır;
• Yaş həddi 18-27;
• Gülər üz xanım və kişilər;

Vəzifə öhdəlikləri:

• Mağazada yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək
• Məhsulları təqdim  etmək
• Müştərinin məhsul seçimi üçün optimal şərait yaratmaq
• Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq
• Sifariş üzrə mağazaya daxil olan malı nəzərdən keçirmək, sayimini yoxlamaq
• Təsdiq olunmuş qiymət kağızlarını məhsulların üzərinə yerləşdirmək
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmaq
• Xüsusi ayrılmış geyim formasında olmaq
• Təsdiqlənmiş  qrafik əsasında vaxtında iş başında olmaq
• Müdiriyyətin tapşırıqlarının vaxtında və səlis yerinə yetirmək

Email : Hr@autolux-az.com

Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.

________________________________________________________________________

 

Collezione Italia hazırda Satış üzrə Menecerlər (Sektorlar: Qapı/parket, qab-qacaq/yataq dəyişəyi, santexnika) vəzifəsi üzrə işçi qəbulu elan edir. Xanım namizədləri aktiv olmağa çağırırıq.

Namizədə dair əsas tələblər:

• Yaş: 22-40;
• Təhsil: Orta/ali
• Cins: qadın/kişi;
• Boy: kişi namizədlər – 175 sm-dən başlayaraq (-1 sm), xanım namizədlər – 165 sm-dən başlayaraq (1 sm);
• Gözəl xarici görkəmə malik olmaq;
• Özünə məxsus tərzə malik olmaq;
• Mebel, santexnika, və inşaat aksesuarları sahəsindəki brendləri bilmək;
• VACİB: Qeyd olunan sahələrin uğurlu satışında ən azı 1 illik iş təcrübəsinə malik olmaq: İnşaat materialları sektorunda (santexnika dəstləri, hamam aksesuarları, kafel/metlax), mebel (evin bütün otaqları, mətbəx, hamam, ofis üçün), divar kağızı (oboy), pərdə, qapı, parket, mətbəx mebeli, qəndil (lüstr), qab-qacaq;
• Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək;
• Müştəri-yönümlü yanaşma;
• Mükəmməl ünsiyyət qurmaq bacarıqları;
• Yüksək motivasiya.

Qeyd: Hansı namizədlərə üstünlük veriləcək?

• Müştərilər bazasına malik olan;
• Satış, marketinq və lüks mebel satışı sahəsində təcrübəli olanlara;
• Satış, marketinq sahəsində təlim keçmiş və sertifikat almış.

Əsas vəzifə və öhdəliklər:

• Müştəriləri lyuks xidmətlə təmin etmək;
• Müştərilərə məhsullar və məhsulların çeşidləri, kampaniyalar və yeni kolleksiyalar haqqında təqdimatlar aprmaq və məsləhətlər vermək;
• Müştərilərə məhsulların seçimində köməklik göstərmək;
• Şirkətin peşəkar imicinin həm mağazada, həm də ki, mağaza hüdudlarının kənarında yüksək səviyyədə qoruyub-saxlamaq;

Şərtlər:

• Bütün müştərilərlə iş;
• Peşəkar inkişaf və karyera artımı imkanları;
• Ödənişli əmək məzuniyyəti;
• Ay ərzində 4 gün istirahət;
• Əmək müqaviləsi ilə rəsimləşdirmək;
• Şirkət daxilində təlim və inkişaf, brendlər və satış texnikası üzrə bilik və bacarıqları təkminləşdirəcək təlimlər;
• Karyera yüksəlişi üzrə perspektivlər;
• Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar.

Maraqlı namizədlərdən xahiş olunur ki, öz şəkilli CV-Portfolio-larını (əvvəlki iş yerlərində əldə etdikləri uğurlu satışın nəticələri) e-mailin mövzu hissəsində “Satış üzrə Menecer” sözlərini qeyd edərək hr@collezioneitalia.az e-ünvanına göndərsinlər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

______________________________________________________________________

Optimal Elektronika” MMC

Vakansiya: Qrafik Dizayner

Tələblər:

• Qrafik dizayner kimi ən az 1 il iş təcrübəsi (3D daxil olmaqla)
• Kreativ düşüncə tərzinə malik olmalı
• Məsuliyyətli, intizamlı, bacarıqlı olmalı
• Məsuliyyət sahəsi: Poliqrafiya dizaynı (buklet, flaer, poster, bilbord va s.)

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 6 iş günü, 1 gün istirahət

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Qrafik Dizayner”  qeyd edərək recruitment@optimal.az  elektron ünvanına göndərməyiniz xahiş olunur.

_______________________________________________________________________

 

ADA UNIVERSITY

GENERAL EDUCATION PROGRAM: SENIOR LECTURER OF PHILOSOPHY

The General Education Program at ADA University invites candidates of professional and scholarly accomplishment to apply for the Senior lecturer position in Philosophy for its Bachelor program. We are seeking dynamic, energetic, and entrepreneurial scholars who have a desire to work collaboratively in an international environment. Salary is contingent upon qualifications and the hired faculty member is expected to teach undergraduate students.

RESPONSIBILITIES

• Commitment to teaching and mentoring undergraduate students;
• Designing courses, developing syllabi and instructional materials to ensure compliance with General Education curriculum requirements and guidelines;
• Providing quality instruction including stimulating analytical and critical thinking;
• Providing meaningful and timely feedback on student assignments;
• The teaching workload is 8 courses per academic year (10 months);
• Providing exemplary service to the university and community.

REQUIRED QUALIFICATIONS

• PhD or MA degree in Philosophy or other related fields from an accredited institution;
• Experience designing and teaching Philosophy course in the degree program;
• Proficiency in spoken and written English
• At least 2 years of teaching experience at an accredited institution;
• Strong commitment to serving university and society;

Interested candidates are requested to submit, preferably in Word or PDF format, attached to an e-mail message: (1) a letter of interest specifying particular suitability for the position and availability,  (2) a current resume, and, (3) the names, email and mailing addresses of at least 3 references.

Send materials via e-mail to sel@ada.edu.az specifying the Job Title in the subject line. Only shortlisted candidates will be contacted. The cut-off date for application is January 25, 2017. Appointments begin August 15, 2017. ADA University offers a competitive remuneration package and attractive conditions of employment of high standard. For more information about ADA University, please visit www.ada.edu.az.

____________________________________________________________________

 

Aysberq İstirahət Mərkəzi – Resepşn

  • Şəhər Bakı,  Yaş 21 – 26 yaş , Təhsil Ali , İş təcrübəsi 1 ildən aşağı, Əlaqədar şəxs Tehran Fərmanlı
 _________________________________________
TuranBank – PROQRAMÇI
Ə-H , 1500 – 2000 AZN
  • Bakı , Yaş 22 – 35 yaş , Təhsil Ali , İş təcrübəsi 3 ildən 5 ilə qədər,

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top