"BALLI": 51 illik təcrübə, keyfiyyətli məhsul, balçılıq bazarında yeni trend! - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“BALLI”: 51 illik təcrübə, keyfiyyətli məhsul, balçılıq bazarında yeni trend!

Dostlar ondan başlayaq ki, uşaq qidaları üzrə mütəxəssislərin məsləhətlərinə görə balı uşaqlara 1,5 yaşından sonra vermək lazımdır. Bal güclü maddədir və onun tərkibindəki karbohidratlar immun sistemi zəif olan körpələrdə müəyyən fəsadlar törədə bilər. Uşağın mədə-bağırsaq sistemi formalaşdıqdan sonra onun rasionunda sehrli bir element peyda olur. Bu baldır! Pediatorlar, əks-göstərici yoxdursa, ilk mərhələdə körpəyə gündə yarım çay qaşığı miqdarında bal vermək olar, müəyyən müddətdən sonra fəsad olmadığı təqdirdə balın miqdarını gündə 1 çay qaşığına qədər qaldırmaq olar.

Bununla yanaşı, bəzən həkimin məsləhəti ilə balı süni ana südünə əlavə etməklə onu südəmər usaqlara,  xüsusilə də vaxtından qabaq anadan olmuş, hipoxromanemiyalı və sarılıq xəstəlikləri olan uşaqlara da vermək tövsiyyə olunur.

Uşaqlar üçün xüsusilə çəmən balını ve bizim möhtəşəm məhsulumuz olan bal kreminitovsiyyə edirik.

Bəzən uşaqlar ilk vaxtlarda balın tamına alışmadıqları üçün onu yeməyə bilərlər. Bu halda onlara bal kremini daddırın. Bu məhsulun tərkibi orijinal balla tamamilə eynidir, forması isə xüsusi mikser texnologiyası ilə hazırlanmış yumşaq maddədir.

Uşaqları gec və ya tez bala alışdırmaq lazımdır. Onların sevdiyi şokoladlar, jelelər və digər sənayə üsulu ilə hazırlanmış şirniyyatlar çoxmu faydalıdır? Əlbəttə yox. Onların hər birinin tərkibinə müxtəlif maddələr qatılır və nəinki uşaqlar, hətta böyüklər də onu yeməkdən həzz alır. Lakin təbii balın tərkibi və faydası ilə bunu müqayisə etmək olarmı?

İsveçrəli alimlər Emrixa, Frauengribera ve Gruneranın İsveçrənın uşaq sanatoriyalarinda apardıqları tədqiqatlara görə istirahətə ehtiyacı olan uşaqlara 4-8 həftə ərzində bal  müalicə kursu keçirilmisdir.  Müalicə zamanı balın miqdarı gündə 2 dəfə 1 çay qaşığından 1 xörək qaşığına qədər artırılmışdır. Nəticədə uşaqların çəkisi artmış, hemoqlabinin miqdarı yüksəlmiş, uşaqların iştahı artmışdır, əsəbilik və tənəffüs yolları xəstəlikləri qısa zamanda sağalmış, xəstəliklərə qarşı müqavimət güclənmiş və ümumi halı stabilləşmişdir.  Adi qida ilə alınan nəticə baldan alınan nəticə qədər uzun müddət qalmırdı.

Ballı haqqında yaxından tanış olaq:

“Ballı” markası 2015-ci ildə yaradılıb və əsas missiyası müştərilərə keyfiyyətli məhsulla yanaşı, fərqli həllər təqdim etmək, balın faydaları barədə maarifləndirmə aparmaq və balçılıq bazarında yeni trendlər formalaşdırmaqdır

  • 51 illik fəaliyyət tariximiz var.
  • 3-cü nəsil arçı ailəsiyik. Hazırda təsərrüfat Aydın və Həsən Rəşidov və  onların övladları tərəfindən idarə olunur.
  • Balımız Şahdağın ətəyi, Xaçmaz, Quba ,Qusar  və Aran zonasında cəmi 6 arı təsərrüfatından əldə olunur.
  • Hazırda biz 4 növ təbii bal  və 6 növ müxtəlif əlaqəli məhsulları, o cümlədən arı mumu, propolis, çiçək tozu, arə südü və s. müştərilərimizə təqdim edirik.`

 

 

Akasiya balı

Ballı idman faydalıdır

Əziz dostlar, bu bölmədə biz balın idmanla məşğul olan insanlara möhtəşəm təsirindən danışacağıq. Bal və idman haqqında nə qədər informasiya axtarsanız yalnız balın idmandakı faydaları ilə qarşılaşacaqsınız. Ona görə vaxt itirməyin və balla qidalanıb idmanla məşğul olmağa tələsin.Balli idman

 

Bal idmanda bir nömrəli energetiklərdəndir

Aktiv həyat tərzi sürən, xüsusilə davamlı idmanla məşğul olan insanlar üçün bal əvəvzsiz qidadır! Yüzlərlə digər faydaları ilə yanaşı, bal anabolik prosəslərin sürətləndirilməsi üçün cavabdəh olan  B vitamini, həmçinin B2 və B6 vitaminləri ilə son dərəcə zəngindir, eləcə də testosteron kişi hormonunun inkişafını təmin edir.

Bal əvəzsiz enerji mənbəyi olduğu üçün onu həm məşqdən öncə, həm də sonra istifadə etmək mümkündür. Bal bədəndə yarım saat ərzində dəmək olar ki 100% əriyir və heç bir artığı qalmır. İdmançı üçün məşq öncəsi bal yeyərsə:

  • MetoBolik prosesləri tezləşəcək və qan dövranı yaxşılaşacaq;
  • Əzələlərin təmizlənməsi sürətlənəcək;
  • Enerji itkisi və amin turşulu birləşmələrin itkisi kompensasiya ediləcək.

İndi isə məşqdən sonra balla qidalanmağın faydalarından danışaq. Məşqdən sonra yeyilən bal orqanizmdə katabolik prosesləri sıfıra endirir, yaraların sağalmasını və enerji əvəzetmələrini  sürətləndirir, orqanizmin ümumi tonusunu yaxşılaşdırır. Bununla yanaşı, bala digər inqridientlər  əlavə etsəniz anabolik steroidlərlə muqayisə edilməz unikal və ləzzətli kokteyllər əldə edə bilərsiniz.

Baldan idman kokteylləri üçün sizə bir neçə dadlı resept vermək istəyirəm.

Resept №1.   Bal ve qozun qarışığı barədə yəqin ki çox eşitmisiniz. Bu iki təbiət möcüzəsinin qarışığı protein karbohidratlarının əla bərpaedicisidir. Bir porsiyaya cəmi 50 qram bal və 30 qram qoz və ya fındıq daxil edilir. Üstəlik bu qarışığa təzə sıxılmış portağal və ya qreypfrut şirəsi əlavə etsəniz ləzzətli yağ əridən maddə əldə edəcəksiniz. Bu qatqını yeməkdən yarım saat əvvəl qəbul etsəniz ürəyinizə də çox faydası olacaq.

Resept №2. Sizə qəribə gələ bilər, amma bu resept balla sarımsağın qarışığından ibarətdir! Ta qədimdən sirk pəhləvanlarının əsas kokteyli olan bu qarışıq böyümə hormonlarını və testosteronları aktiv stimullaşdırır. Beləliklə, 1 diş sarımsağı sürtgəcdən keçirib 1 xörək qaşığı bal ilə qarışdırıb bu maddəni gecə qəbul etsəniz çox yaxında faydasını görəcəksiniz!

Реsept №3.  Yenə sadə bir resept – uşaqlığımızdan bəri yaxşı tanıdığımız ballı süd! Balla südün qarışığının immunitetin artması, sinir əzələlərinin güclənməsinə əvəzsiz təsiri var. Bu qarışığa həmçinin müxtəlif çərəzlər, giləmeyvələr və meyvələr əlavə etməklə daha ləzzətli və daha faydalı kokteyllər əldə edə bilərsiniz.

 

Dəyərli oxucu, burada sizə təqdim etdiyimiz məlumatlar yalnız aysberqin görünən tərəfidir. Böyük tarixə malik bal elmini dərindən öyrənmək üçün illər lazımdır.  Bu mövzunu araşdırmağa davam edin, əminik ki, qarşınıza çıxan məlumatların faydasını görəcəksiniz.

Ballı.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top