
2017-ci il dünyada “Turizmin davamlı inkişaf ili” elan edildi
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Kolumbiyanın Medelin şəhərində keçirilən 21-ci sessiyası çərçivəsində qəbul edilən qətnaməyə əsasən 2017-ci il dünyada “Turizmin davamlı inkişaf ili” elan edilib.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, beynəlxalq davamlı turizm ilinin qeyd edilməsinin əsas məqsədi, turizm sənayesinin inkişafında davamlı turizmin rolunun artırılması, bu növ turizmin təbliğatının, eləcə də bu sahə üzrə maarifləndirmə işlərinin gücləndirilməsidir.
2017-ci il dünyada “Turizmin davamlı inkişaf ili” hökumətlər, BMT-nin aidiyyəti təşkilatları, digər beynəlxalq və regional təşkilatların birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.
Nazirlikdən qeyd ediblər ki, “Turizmin davamlı inkişaf ili”nin Azərbaycanda qeyd edilməsi məqsədi ilə sözügedən təşkilatdan müvafiq müraciət məktubu göndərilib.
BƏNZƏR MƏQALƏLƏR
-
AZAL Bakıdan üç yeni istiqamət üzrə reyslər yerinə yetirəcək
Azərbaycanın Milli Aviadaşıyıcısı (AZAL) Rusiyaya daha üç yeni istiqamət əlavə edir. Mart ayından etibarən aviaşirkət […]
-
Azərbaycan vətəndaşları artıq Qazaxıstanda 90 gün müddətində vizasız qala bilərlər
Bu gündən Avrasiya İqtisadi Birliyi (AİB) vətəndaşları da daxil olmaqla, immiqrantların Qazaxıstana girişi və qalmasının […]
-
AZAL yeni təyyarələr alacaq – FOTO
Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) 2030-cu ilə qədər inkişaf strategiyası çərçivəsində donanmasını yeni müasir dargövdəli “Airbus […]