MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Ziraat Bank

“Ziraat Bank (Azərbaycan)”ın xalis mənfəəti 5 dəfəyə yaxın artıb

“Ziraat Bank (Azərbaycan)” 2016-cı ilin 9 ayını 5 milyon 516.84 min manat xalis mənfəət ilə başa vurub. Təkcə 3-cü rübdə Bankın mənfəəti 2 milyon 21.95 min manat təşkil edib. Bank ötən ilin 9 ayı ərzində 1 milyon 132.44 min manat, 3-cü rübündə isə 664,26 min manat xalis mənfəət əldə etmişdi. Beləliklə, ötən ilin 9 ayı ilə müqayisədə bu il bankın xalis mənfəti 4,9 dəfə artıb.

Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, yanvar- sentyabr aylarında bankın cəmi gəlirləri 9 milyon 541 min manat, o cümlədən faiz gəlirləri 6 milyon 252.86 min manat, qeyri-faiz gəlirləri 3 milyon 288.63 min manat təşkil edib. Bankın qeyri-faiz gəlirlərinin 2 milyon 163 min manatını (66%-ni) məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlir təşkil edib.

“Ziraat Bank (Azərbaycan)” 2016-cı ilin 9 ayında 3 milyon 238 min manat cəmi gəlir, o cümlədən 3 milyon 196 min manat  faiz gəlirləri, 42.2 min manat qeyri-faiz gəlirləri əldə etmişdi.  Bankın faiz gəlirləri 2 dəfəyə yaxın, qeyri-faiz gəlirləri isə 78 dəfədən çox artıb.

30 Sentyabr 2016-cı il tarixinə “Ziraat Bank (Azərbaycan)” ASC-nin cəmi aktivləri 117 milyon 305.34 min manat, o cümlədən kredit portfeli 32 milyon 456 min manat təşkil edib. Bankın cəmi ökdəlikləri 57 milyon 709 min manat (o cümlədən 29 milyon 952 min manatı depozitlər), cəmi kapitalı isə 59 milyon 596 min manat təşkil edib.

Ötən ilin 30 Sentyabr tarixində “Ziraat Bank (Azərbaycan)”  74 milyon 119 min manat cəmi aktivlərə, 22 milyon 459 min manat öhdəliklərə, 51 milyon 660 min manat cəmi kapitala malik idi.

Türkiyənin Ziraat Bankı Azərbaycanda da “Ziraat Bank Azərbaycan” Açıq Səhmdar Cəmiyyəti adı altında törəmə Bankını açmışdır. Bank, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 30 dekabr 2014-cü il tarixində verilmiş 255 saylı lisenziya əsasında fəaliyyətə başlamışdır. Bank üç səhmdardan ibarət olmaqla açıq səhmdar cəmiyyəti formasında təsis edilmişdir. Bunlardan, 99.98% səs vermə hüququna malik səhmlərin sahibi T.C.Ziraat Bankası Anonim Şirkəti, 0.01% səs vermə hüququna malik səhmlərin sahibi Ziraat Sigorta Anonim Şirkəti və 0.01% səs vermə hüququna malik səhmlərin sahibi Ziraat Yatırım Menkul Değerler Anonim Şirkətidir.

Click to enlarge image z1.jpg

Click to enlarge image z2.jpg

Click to enlarge image z3.jpg
Click to enlarge image z4.jpg
Click to enlarge image z5.jpg
Marja.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top