MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Socar loqo

Zaur Qəhrəmanov SOCAR Turkey Energy-nin baş direktoru təyin edilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Sərmayələr İdarəsinin rəis müavini Zaur Qəhrəmanov “SOCAR Turkey Energy” şirkətinin İdarə Heyətinin bugünkü qərarı ilə SOCAR Turkey Energy-nin baş direktoru təyin edilib.

Z.Qəhrəmanov bu vəzifədə 2008-ci ildən tutduğu postdan istefa verən SOCAR Turkey Energy-nin baş icraçı direktoru (CEO) Kənan Yavuzu əvəz edəcək.

İdarə Heyətinin sədri Vaqif Əliyev K.Yavuza “SOCAR Turkey Energy” şirkətində bu günə qədər göstərdiyi fəaliyyətə görə təşəkkür edib və Z.Qəhrəmanova yeni vəzifəsində uğurlar arzulayıb: “Kənan Yavuz fəaliyyəti ərzində “SOCAR Turkey” şirkətinə xidmət edib, onun rəhbərliyi altında Şirkət uğurlara imza atıb. CEO fəaliyyəti ərzində o, həm şirkətimizin investisiyalarının Türkiyədə daha geniş miqyasda yayılmasına, həm də Türkiyənin enerji sektorunda rəqabətədavamlı bir oyunçu halına gəlməsinə böyük dəstək verib. Kənan Yavuz Qrup Şirkətlərimizdəki İdarə Heyətinin üzvlüyünü davam etdirəcək”.

V.Əliyev Z.Qəhrəmanovun 8 ildən artıq müddətdə SOCAR tərkibində çox önəmli vəzifələr icra etdiyini xatırladaraq, onun beynəlxalq rəqabətliliyin artırılması, şirkətin beynəlxalq mövqeyinin güclənməsi və dərinləşməsinə ciddi töhfələr verərək tutduğu vəzifələri uğurla icra etdiyini deyib: “Ona yeni baş direktorluq vəzifəsində uğurlar arzu edirəm. Əminəm ki, “SOCAR Turkey” şirkətinin uğurlarına və iki qardaş ölkənin enerji sektorundakı gücünə əlavə dəyər qatacaq”.

economic.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top