“Yeni ilə əl-ələ” sosial aksiyası – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Yeni ilə əl-ələ” sosial aksiyası

Fəaliyyətə başlamasının 1 illiyini qeyd edən ASAN Radio “Caspian Development Bank”la birlikdə “Yeni ilə əl-ələ” adlı sosial aksiya keçirəcək.

Məqsəd “31 Dekabr – Həmrəylik günü vəYeni il” bayramı münasibəti ilə sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olanlara diqqət ayırmaq, onların cəmiyyətə inteqrasiyasına dəstək göstərməkdir.

Dövlətimiz tərəfindən himayəyə götürülən, xüsusitəyinatlı müəssisələrdən dəvət olunan tədbir iştirakçılarına təşkilatçılar tərəfindən hədiyyələr veriləcək.

ASAN könüllülərinin də yaxından dəstək göstərdiyi sosial aksiyada rəsmi qurumların və incəsənət nümayəndələrinin iştirakı planlaşdırılır.

“Yeni ilə əl-ələ” sosial aksiyası dekabrın 27-si, saat 15:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top