MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

IMG-20210715-WA0000

YAŞAT” düşərgəsi zəngin proqramı ilə davam edir

ECONOMİC: “YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən “YAŞAT” düşərgəsi davam edir.

Düşərgənin üçüncü günündə səhər idmanın ardından iştirakçılar üçün fərdi psixoloji konsultasiya təşkil olunub.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə yaradıcı intellekt müsabiqəsi – “Spagetti körpüsünün qurulması” yarışı təşkil olunub.

Uşaqlar, həmçinin yunan-roma güləşi üzrə Dünya Çempionu, Birinci Avropa Oyunlarının qalibi və Olimpiya mükafatçısı Rasul Çunayevlə görüşüb, xoş idman vaxtı keçiriblər.

Düşərgə çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımovanın iştirakı ilə konsert proqramı və musiqili əyləncə saatı da təşkil olunub.

Düşərgə müddətində tərəfdaş qurumlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub.

Xatırladaq ki, ümumilikdə 300-dək uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar keçirilməsi və yekunda müğənnilərin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulub. Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edəcəkdir.

Düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radiodur.

Düşərgənin baş sponsorları “Lankaran springs” otel, “PMD Hospitality”dir.

Sponsorlar: “Paşa Həyat”, “Bravo”, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), “Gazelli Group”, “Amo Group”, “Rabitəbank”, “Decoria”, “Port of Baku”, “Ali Nino”, “Mango, “Next”, “Slavyanka”, “Shokki Mokki”, “Panda Kids”, “Civil” “Oven” “Azərsun” , “Gallery Kids” , “Setex group” , “Happy day cake”.

Logistika dəstəyi: Bakı Nəqliyyat Agentliyi

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top