Yanvar-noyabr aylarında əsas kapitala 13,0 milyard manat vəsait yönəldilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Yanvar-noyabr aylarında əsas kapitala 13,0 milyard manat vəsait yönəldilib

2016-cı ilin yanvar-noyabr aylarında əsas kapitala 13,0 milyard manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28,0 faiz az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, istifadə olunmuş vəsaitin 10 milyard 486,0 milyon manatı və ya 80,6 faizi məhsul istehsalı obyektlərinin, 1 milyard 993,4 milyon manatı (15,3 faizi) xidmət sahələri üzrə obyektlərin, 529,7 milyon manatı (4,1 faizi) isə ümumi sahəsi 1 milyon 519,8 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 5 milyard 331,0 milyon manatını və ya 41,0 faizini daxili vəsaitlər təşkil edib.

Əsas kapitala yönəldilmiş vəsaitin 9 milyard 445,2 milyon manatı və ya 72,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top