MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Attestasiya Komissiyası

Xarici ticarət əlaqələrində 98 ölkəyə məhsul ixrac olunmuş, 155 ölkədən idxal olunmuşdur.

2020-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 166 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 98 ölkəyə məhsul ixrac olunmuş, 155 ölkədən idxal olunmuşdur.

Economic.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 9852,5 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 5687,4 milyon dollarını və ya 57,7 faizini ölkədən ixrac olunmuş məhsulların, 4165,1 milyon dollarını (42,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 1522,3 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 30,1 faiz, real ifadədə 19,0 faiz, o cümlədən idxal 42,7 faiz, ixrac isə 2,2 faiz azalmışdır.

2020-ci ilin yanvar-may aylarında qeyri neft-qaz məhsullarının ixracı 2019-cu ilin yanvar-may aylarına nisbətən faktiki qiymətlərlə 8,9 faiz, real ifadədə isə 14,5 faiz azalaraq 721,5 milyon dollar təşkil etmişdir.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 34,8 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 4,5 faizini İsrailə, 4,1 faizini Hindistana, 4,0 faizini Rusiyaya, 3,5 faizini Yunanıstana, hər biri 3,0 faiz olmaqla Xorvatiya və Ukraynaya, 2,8 faizini Gürcüstana, 2,7 faizini Çinə, 2,3 faizini Çexiyaya, 2,0 faizini Tunisə, 1,9 faizini Portuqaliyaya, hər biri 1,6 faiz olmaqla Almaniya və Vyetnama, 10,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (37,6 faiz), Türkiyəyə (20,0 faiz), İsveçrəyə (9,9 faiz), Gürcüstana (9,8 faiz), Çinə (3,3 faiz), İtaliyaya (2,5 faiz), Ukraynaya (2,4 faiz), Qazaxıstana (1,7 faiz), İrana (1,2 faiz), ABŞ-a (1,1 faiz), Belarusa (1,0 faiz), Almaniyaya (1,0 faiz), Türkmənistana (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,5 faizi Rusiya, 14,7 faizi Türkiyə, 13,0 faizi Çin, 8,6 faizi ABŞ, 5,3 faizi Almaniya, 4,3 faizi Ukrayna, 4,1 faizi İtaliya, 2,8 faizi İran, 2,6 faizi Birləşmiş Krallıq, 1,9 faizi Yaponiya, 1,7 faizi Koreya, 1,6 faizi Fransa, 20,9 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2020-ci ilin yanvar-may aylarında 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə mühüm məhsul növlərindən kartof ixracı 7,7 faiz, meyvə və tərəvəz şirələri – 5,1 faiz, bitki yağları – 1,9 dəfə, çay – 7,5 faiz, meyvə və tərəvəz konservləri – 1,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 1,7 dəfə, polietilen – 42,2 faiz, qara metallardan borular – 1,7 dəfə artmış, təzə tərəvəz ixracı isə 1,8 faiz, təzə meyvə – 33,3 faiz, şəkər – 12,7 faiz, tütün – 25,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 49,3 faiz, pambıq lifi – 26,6 faiz, pambıq ipliyi – 18,8 faiz, emal olunmamış alüminium – 15,9 faiz, bentonit gili – 5,2 faiz azalmışdır.

2019-cu ilin yanvar-may ayları ilə müqayisədə 2020-ci ilin yanvar-may aylarında təzə meyvə idxalı 15,9 faiz, bitki yağları – 23,8 faiz, kərə yağı, digər süd yağları və pastaları – 32,5 faiz, çay – 5,2 faiz, mal əti – 35,2 faiz, quş əti və onun əlavə məhsulları – 4,5 faiz, təzə tərəvəz – 25,2 faiz, minik avtomobilləri – 30,0 faiz, dərman vasitələri – 1,7 dəfə, polad prokatı – 29,4 faiz, qara metallardan çubuqlar – 48,3 faiz, mineral gübrələr – 2,1 faiz, hesablama maşınları, blok və qurğuları – 26,5 faiz, qara metallardan künclüklər – 2,3 faiz, avtobuslar – 1,4 faiz, məişət soyuducuları – 39,1 faiz, sement və sement klinkerləri – 1,5 faiz artmış, buğda idxalı isə 38,0 faiz, xam şəkər və şəkər – 6,5 faiz, kartof – 0,6 faiz, siqaretlər – 79,2 faiz, qara metallardan borular – 7,7 faiz, rezin şinlər – 17,5 faiz, mebellər – 21,2 faiz, yük avtomobilləri – 12,6 faiz, polietilen – 14,3 faiz, məişət kondisionerləri – 35,1 faiz, paltaryuyan maşınlar – 7,3 faiz azalmışdır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top