
Xarici müəssisə və təşkilatlar əsas kapitala 3631,1 milyon manat vəsait yönəldiblər
2018-ci ilin yanvar-avqust aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 3631,1 milyon manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2915,0 milyon manatı (80,4 faizi) Birləşmiş Krallıq, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Rusiya, İran və Çexiya sərmayədarlarına məxsus olub.
Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 61,7 faizini tikinti, yenidənqurma və genişləndirmə, 10,3 faizini əsaslı təmir, 8,9 faizini cari təmir, 19,1 faizini isə digər tikinti işləri təşkil edib.
Ümumi inşaat işlərinin 79,6 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
BƏNZƏR MƏQALƏLƏR
Ötən ay kompüter, elektron və optik məhsulların istehsalı çoxalıb
Əvvəlki ayla müqayisədə iyunda kompüter, elektron və optik məhsulların və elektrik avadanlıqlarının istehsalı artıb. Economic.az […]
Altı ayda pərakəndə ticarət şəbəkəsində 18,2 milyard manatlıq məhsul satılıb
Bu ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18 milyard 245,7 milyon manatlıq, o cümlədən […]
Xarici ticarət əlaqələrində 98 ölkəyə məhsul ixrac olunmuş, 155 ölkədən idxal olunmuşdur.
2020-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 166 ölkəsindəki tərəfdaşları ilə […]